» » "GƏNCLİYİN SÖZÜ" kitabı Qobustan Gənclər Evində təqdim olunub

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

"GƏNCLİYİN SÖZÜ" kitabı Qobustan Gənclər Evində təqdim olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" adlı kitabın Qobustan Gənclər Evində təqdimatı keçirilib.
Qobustan Gənclər Evində baş tutan görüşdə Sosial Xidmət Müəssisəsinin direktoru Anar Rzaquliyev qonaqları və auditoriyanı salamladıqdan sonra, Qobustan Gənclər Evinin "Bədii Yaradıcılıq" dərnəyinin rəhbəri Yusif Nazim Ərəbsoya bu görüşün baş tutmasında göstərdiyi təşəbbüsə görə minnətdarlığını ifadə edib. Ardınca Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar çıxış edərək, təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Təşkilat tərəfindən nəşr edilən kitablardan, DGTYB-nin müxtəlif türk ölkələrində keçirilən çoxsaylı tədbirlərdə Azərbaycan ədəbiyyatını təmsil etməsindən və "Gəncliyin Sözü" kitabının nəşr olunmasındakı məqsəddən danışıb, tədbirin təşkilatçılarına, iştirakçılara öz minnətdarlığını ifadə edib.
Tədbirin aparıcısı Yusif Nazim Ərəbsoy DGTYB-nin gənc yazarların tanıdılması istiqamətindəki fəaliyyətindən və dərc olunan kitab haqqında fikirlərini ifadə edib. Daha sonra ardıcıl olaraq tədbir iştirakçılarına söz verilib. İştirakçılardan Qobustan rayon Cəyirli kənd tam orta məktəbin müəllimi Axundov Aynur çıxış edərək, sözün, ədəbiyyatın gənclərin tərbiyəsində əvəzsiz rolunu, kitab üçün atılan addımın alqışa layiq olduğunu vurğulayıb. Daha sonra Qobustan şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Vüsalə xanım kitabdan "Zəfər simvolu" adlı şeiri oxuyub. Qobustan Gənclər Evinin "Bədii Yaradıcılıq" dərnəyinin nəzdində fəaliyyət göstərən "Müzakirə-Mütaliə Klubu"nun üzvü Məmmədova Səmayə əzbərlədiyi "Ora - döyüş meydanı" adlı şeiri səsləndirib. Daha sonra digər iştirakçılar auditoriyaya paylanmış "Gəncliyin Sözü" kitabından bəyəndikləri şeirləri səsləndiriblər. Sonda İntiqam Yaşar diplomlar təqdim etdikdən sonra, təşkilatın idarə heyətinin üzvləri Yusif Nazim Ərəbsoy və Sərvər Kamranlı ilə birlikdə iştirakçıların istəyilə paylanılan kitabları imzalayıblar.



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor