» » Rauf Zeyni Əli Mirzəyevi təbrik etdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Rauf Zeyni Əli Mirzəyevi təbrik etdi

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, regiona səfəri çərçivəsində MQF Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyevi 70 illik yubileyi münasibətilə təbrik edərək onu Fəxri Fərmanla təltif edib. Təbrikdə deyilir, Azərbaycan Milli QHT Forumunun, region QHT-lərinin, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafında göstərdiyi xidmətlərə görə, həmçinin 70 illik Yubileyi münasibətilə cənab Əli Mirzəyev MQF-nin Fəxri Fərmanı ilə təltif edilsin. 
Bu iilər ərzində bütün potensialını təmənnasız olaraq region QHT-lərinin inkişafına sərf edən, fəal ictimaiyyətçi, gözəl pedaqoq, peşəkar təşkilatçı, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edən, milli dövlətçilik maraqlarının sadiq keşikçisi, görkəmli və dəyərli ziyalı olan  Əli müəllimi bütün ölkə QHT-ləri yaxşı tanıyır və sevir. O, ömrünün 20 ildən çox hissəsini QHT fəaliyyətinə həsr edib. Təkcə region QHT-lərinin deyil, əksər mərkəzi təşkilatların regionlarda həyata keçirdiyi tədbirlərə hərtərəfli dəstək verib və bügün də böyük həvəslə özünün nəcib və xeyirxah missiyasını uğurla davam etdirir. 
Əli müəllimi yubiley münasibətilə MQF üzvləri adından və şəxsən öz adımdan təbrik edir, ona sağlamlıq, xoşbəxtlik, firavanlıq və böyük uğurlar arzulayırıq!


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor