» » QHT.az saytının 7 yaşı tamam olur. Sayt 2015-ci ildə yaradılıb.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

QHT.az saytının 7 yaşı tamam olur. Sayt 2015-ci ildə yaradılıb.

“QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir”.
QHT.az saytı heç bir qurumun mövqeyini ifadə etmir və tam müstəqil internet portalıdır. Sayt həmçinin heç bir dövlət qurumu və özəl sektordan maliyyə yardımı almır, tərəfdaş QHT-lərin dəstəyi ilə ayaqdadır. 

Bu barədə QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi hədəfləyən QHT.az bu gün Azərbaycanın ixtisaslaşmış media qurumları sırasında öz layiqli yerini tutub və oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Dəfələrlə müxtəlif qurumlar tərəfindən mükafatlandırılan QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasına üzv qəbul olunub.

QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə həm də İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verən bir neçə uğurlu layihənin müəllifidir.
Bu münasibətlə bizdə Ondər.tv saytı olaraq, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə başda olmaqla bütün kollektivi təbrik edirik.Gələcəkdəki xidmətlərində uğurlar arzu edirik.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor