» » “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi layihəsinin icrasına başlayır

ƏSAS / ÜMUMİ

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi layihəsinin icrasına başlayır

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə  “Ailə modelinin gənclər arasında təbliği”  layihəsinin icrasına başlayır.
Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.
 Buna görə də ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin sintezi prosesində həyata keçirilməlidir.
 Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafı təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü gənc ailələrin formalaşmasında maraqlıdır.
Lakin bir çox amillər - bəzi kütləvi kommunikasiya vasitələrində yayımlanan proqramlar, təbliğ olunan zərərli ideyalar uğursuz nikahlara, ailə ətrafında problemlərə gətirib çıxarır.
 Ailədə baş verən proseslər, keçid dövrünün ortaya çıxardığı bir sıra gender problemləri, cəmiyyətə yeni mənəvi-əxlaqi dəyərlər kimi təqdim olunan Avropa əxlaq normaları, “kütləvi mədəniyyət”in təbliğ etdiyi həyat tərzi insanları sanki çaşqın vəziyyətə salmışdır. 
Bütün bunların nəticəsidir ki, ailədə xalqımıza xas olmayan problemlər ortaya çıxmış, ailədaxili münasibətlərdə gərginlik yaranmış, boşanma, erkən nikah, nikahdankənar ailə və digər bu kimi hallar çoxalmışdır.
Təəssüf ki, milli dəyərlərdən uzaqlaşma nəticəsində ailədə zorakılıq halları artmış, həmçinin qadın alveri artıq ciddi problemə çevrilmişdir. 
Digər tərəfdən, ailə üzvləri arasında mənəvi münasibətlərin mövcudluğu mühüm sosial reallıqdır. 
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, ailənin rifahı ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından irəli gəlir. Bu layihəni tərtib etməzdən əvvəl təşkilat İsmayıllı, Şamaxı, Göyçay rayonlarında 15-30 yaşlı gənclər arasında sorğu keçirmişdir. Sorğuda hər rayondan 40 nəfər gənc iştirak etmişdir. 
Rəyi soruşulan gənclərin 55%-i ailə daxili münasibətlərdə münaqışələrin həlli, ideal ailə formulu və s. haqqında az anlayışlı olmuşlar. 
Bunu nəzərə alaraq təşkilat bu üç rayonda layihəni həyata keçirməyi qərara almışdır.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor