» » Polkovnik/leytenant Ağayev Həmdəm 1975-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində Anadan olmuşdur. M.Ə.Sabir adına tam orta məktəbi bitirmiş.1992-ci ildə erməni qondarmaları tərəfindən işğal edilmiş Ata-baba yurdunun müdafiəsinə qatılmışdır.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Polkovnik/leytenant Ağayev Həmdəm 1975-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində Anadan olmuşdur. M.Ə.Sabir adına tam orta məktəbi bitirmiş.1992-ci ildə erməni qondarmaları tərəfindən işğal edilmiş Ata-baba yurdunun müdafiəsinə qatılmışdır.

Polkovnik/leytenant Ağayev Həmdəm 1975-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində Anadan olmuşdur. M.Ə.Sabir adına tam orta məktəbi bitirmiş.1992-ci ildə erməni qondarmaları tərəfindən işğal edilmiş Ata-baba yurdunun müdafiəsinə qatılmışdır. Hamı kimi əlindən gələni etsədə erməni terorçuları tərəfindən torpaqlarımız işğal edilir.1-ci Qarabağ müharibəsində iştirak etdikdən sonra, Bakıya gələrək 1995-ci ilin may ayının 16-sında  (General mr H.Aslanov ad.B.A.B.K.M- nn)  daxil olur. 1999-cu ildə hərbi məktəbi müvəffəqiyyətlə bitirir. İdmanla məşqul olduğu üçün bu illərdə, 3- dəfə kigboksing idman növü üzrə keçirilən Respublika yarışlarında 1-cilik qazanır.
2000-ci ildə Naxcıvan Muxtar Respublikasının N/saylı hərbi hissəsində Leytenant kimi xidmətə başlayır. 2003-cü ildə
Baş-leytenant, 2004-cü ildə Kapitan, 2006-ci ildə Mayor. Kəşfiyyat Taborunun komandiri kursunu bitirir.Və 2012-ci ildə Polkovnik/leytenant hərbi rütbəsinə layiq görülmüşdür.
28 illik xidmətində bir çox medallarla təltif olunmuşdur. "İgidliyə Görə" medalı,     "Hərbi Xidmətdə Fərqlənməyə Görə" medalı, "Qüsursuz Xidmətlərinə Görə" 1-ci, 2-ci, 3-cü dərcəli medalları, "Azərbaycan Respublikası Silahı Qüvvələri Veteranı"medalı, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin" 10,90,95 və100 illiyi yubiley medaları. Şəhidliyindən sonra isə "Vətən Uğrunda" medalı, "Fizulinin Azad Olunmasına Görə" medalı və "Azərbaycan Bayrağ Ordeni" ilə təltif olunmuşdur.
2014-cü ildə Bakı hərbi Qarnizonunun Pirəkəşkül N/saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmiş.
 2017-ci ildə Qusar şəhərinin N/saylı hərbi hissəsində Emto rəisi kimi xidmət etmişdir.
2018-dən 2020-ci illə kimi Pirəkəşkül qəs. N/saylı hərbi hissənin Qərargah rəisi vəzifəsində xidmət etmişdir. 
2020-ci ilidə 27 Sentyabr 2-ci Qarabağ müharibəsində Fizuli istiqamətinə yollanır. Taboru ilə bir neçə post, bir neçə yüksəklik və bir neçə kənd yağı düşməndən azad edir. Oktyabrın 3-də hər iki ayağından ağır  yaralanır və yaralarını özü sarıyaraq döyüşə davam edir. Oktyabrın 4-də yanında olan rabitəçisi düşmən tərəfindən atılan güllə ilə ağır yaralanır.
Rabitəçisi can verərəkən Həmdəm Ağayevin qolundan tutan zaman Həmdəm Ağayev, "Səni vuran düşmənin qolunu sənə gətirəcəm" deyib tək başına gecə saat 2-də düşmən tərəfə keçir. Oktyabrın 9-u kimi düşmən tərəfə ağır zərbələr endirir və erməni postuna girərkən düşmən snayperi tərəfindən vurularaq Qəhramancasına Şəhidlik Zirvəsinə ucalır.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor