» » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı şok faktlar

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı şok faktlar

Sənan Əhmədovun pandemiya dönəmində etdiyi müraciətə qardaşı şəhid olandan sonra cavab verilib  
Gənc alim Elyar İslamoğlu, öz facebook hesabında Sənan Əhmədov haqqında yeni faktlar açıqlayıb. E. İslamoğlu "pandemiya zamanı işini itirənlərə 190 manat yardım edilməsi yəqinki yadınızdadır", - deyə əlavə edib: "Yaxşı imkanı olan, 190 manata ehtiyacı olmayan xeyli şəxsə bu yardım verildiyi üçün kifayət qədər ictimai narazılıq doğurmuşdu.
Pandemiya zamanı ofisiant işləyən Sənan Əhmədov restoranlar bağlandığı üçün işsiz qalıb. Üstəlik həmin ərəfədə övladı da doğulub. Yeni doğulan övladının və ailəsinin ehtiyaclarını qarşılamağa məcbur olan, kirayədə yaşayan Sənan 190 manat yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etsə də ona cavab belə verilməyib. 
Həmin o cavabsız müraciətlər bilirsiniz haçan cavablandırılıb?
Səbuhi şəhid olduqdan sonra, Sənan Sosial Xidmətlər Agentliyinə gedəndə oradakı əməkdaşlara pandemiya müddətində işsiz qaldığını, 190 manat üçün etdiyi müraciətlərə indiyədək sayıb cavab vermədiklərini sübut etmək üçün etdiyi müraciətləri göstərəndən sonra.
190 manatın ehtiyacı olmayan çoxsaylı şəxsə verildiyi ilə bağlı mətbuatda kifayət qədər sübutlar var idi. Amma Sənan kimi imkansız, uşaq evində böyüyən, kirayədə yaşayan ehtiyaclı şəxsə nəinki 190 manat, heç cavab da verilməyib. 
Maaşı az olduğu və kirayədə yaşadığı üçün Sənana hər ay Sosial yardım da verilməli idi". 
E.İslamoğlu sonda əlavə edib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Sosial Xidmətlər Agentliyi,
bu yarıtmazlıq, bacarıqsızlıq və vicdansızlıqdır.
Nəzərinizə çatdırım ki, hazırda Sənan kimi uşaqlar-Vətən övladları, gələcəyin əsgərləri çoxdur. Onlar da bugün eyni əziyyəti çəkirlər".





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor