» » “Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində Zaqatala rayonunda tədbir keçirildi.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində Zaqatala rayonunda tədbir keçirildi.

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində 14 oktyabr 2022-ci il tarixində Zaqatala Rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Balakən rayonu gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək təşkilatın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, ictimai birlik fəaliyyət başladığı gündən etibarən şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının mütəmadi olaraq qayğısına qalmışdır. Eyni zamanda layihə barədə də məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”- nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Balakən, Zaqatala, Qax və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunması nəzərdə tutulur. 

Daha sonra, Zaqatala rayonu İcra Hakimiyyətinin nümayəndəsi Anar Seyidov çıxış edərək ictimai birliklərin daima şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına diqqət və qayğını əsirgəməmələrini, onlara hər zaman mənəvi olaraq dəstək olmalarını vurğuladı.  

Tədbirdə “Zəfər tarixi”-mizə həsr olunan video təqdimat nümayiş olundu. Sonda Zaqatala rayonu Şəhidlər Xiyabanı ziyarət olundu və xatirə şəkli çəkildi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik. 











Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor