» » “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

ƏSAS / ÜMUMİ

“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq
Gənc Vətənpərvərlər İctimai  Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə”  Gəncləri zərərli vərdişlərdən  çəkindirmək və onlarda vətənpərvərlik  hisslərinin gücləndirmək  ”  adlı layihə çərçivəsində ,  Azərbaycan Dövlət Pedoqoji Universtetinin akt zalında  
gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.
Konfransda ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva tədbiri açıq elan edərək  zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirmişdir. 
  Layihə rəhbəri , Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komisiyasının ərzində  QHT Koalisiyasında narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində qrup üzvü  Müqamət Əliyev Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən tədbirin əsas məqsədi gənclərin “ağ ölüm”ə qarşı mübarizəsi ilə bağlı maarifləndirilməsi olub.  
  Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov  qeyd edərək bildirdi ki, dövlətimiz tərəfindən narkotik və siqaretlə mübarizə sahəsində bir sıra əhəmiyyətli addımların atıldığını, mühüm qanunların qəbul olunduğunu  və 
bu mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün birgə mübarizə aparılmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daima diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir. Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri ,polis əmədaşları  bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini bildiriblər. Daha sonra Narkotikin ,siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən Vidio- çarx ,müxtəlif şəkillər gənclərə nümayiş olunmuş və gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verilmişdir. 
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş QHT Dövlət Dəstəyi Agentliyin və   Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş  buklet,təsvirli  köynək və sertifikatlar paylanılıb. Tədbirdə, Azərbaycan Dövlət Pedoqoji Universtetinin Kimya və biologiya fakutəsinin  tələbələri, Universtetin müvafiq struktur rəhbərləri , YAP –n Səbayıl  rayon təşkilatın fəal üzvləri,DİN –n Səbayıl rayon Polis  İdarəsinin əməkdaşları ,  GVİB-n İdarə Heyəti, QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.









Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor