» » “Ermənistanı tərk etməyəcəm, ailəm də burdadır” - Paşinyan

DÜNYADA

“Ermənistanı tərk etməyəcəm, ailəm də burdadır” - Paşinyan

İrəvanın mərkəzi küçələrində tərəfdarları ilə birlikdə yürüş edən Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.
“Onder.tv Qafqazinfo ya istinadən ” xəbər verir ki, daha əvvəl teleqram kanallarında barəsində ölkədən qaçmağa hazırlaşdığı ilə bağlı yayılan şayiələrə münasibət bildirən Paşinyan bunu informasiya terroru adlandırıb.
“Mən heç yerə getmirəm və getməyəcəyəm də. Ailəm də buradadır. Bunu indi görəcəksiniz. Onlar indi buraya gələcəklər”,- deyə Paşinyan qeyd edib.Yürüş zamanı Paşinyanı oğlu Aşot müşayiət edib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün Baş nazirin istefasını tələb edən bəyanat yaymasından sonra ölkədə siyasi böhran daha gərginləşib. Bundan sonra Paşinyan bəyanatı imzalayan Baş qərərgah rəisi Onik Qasparyanı istefaya göndərdiyini açıqlayıb. Daha sonra isə o, hərbi çevriliş təhlükəsini vurğulayaraq vətəndaşları xalq hakimiyyətini qorumaq üçün meydana çağırıb.






Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor