» Nəsimi rayonu Müharibə veteranlarının 2022-ci ilin Yekun iclası keçirildi.

---

Nəsimi rayonu Müharibə veteranlarının 2022-ci ilin Yekun iclası keçirildi.

Nəsimi rayonu Müharibə veteranlarının 2022-ci il üzrə Yekun iclası keçirildi. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə Nəsimi rayon şöbəsinin sədri Elnar Hüseynov açaraq ulu öndərin müharibə veteranlarına qayğısından danışmış, indi də bu siyasətin öklə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Nəsimi rayonunda da müharibə veteranlarına həmişə diqqət göstərilir, onların qayğılarına həssaslıqla yanaşılır. İclasda AVMVİB-nin sədr müavini İslam Səfərov ölkəmizdə veteranlar üçün yaradılmış şəraitdən, onların sosial qayğılarının dövlət səviyyəsində həllindən danışmışdır. Binəqədi rayon sədri Mərdan Ələsgərov müharibə veteranları ilə keçirilən görüşlərin gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə əhəmiyyətli təsir etdiyini bildirmişdir. Nəsimi rayonu Qadın veteranlarının şöbə sədri Afaq Sadıxova da çıxış edərək gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün yerli və beynəlxalq səviyyəli çoxsaylı ictimai-siyasi, mədəni-kütləvi mühüm tədbirlərin daha çox keçirilməsini vurğulamışdır. 





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor