» » Ölkənin 20%-ni düşməndən azad edən veteranlara yer tapa bilməyən Nəsimi rayon İcra Hakimiyyəti

ƏSAS / ÜMUMİ

Ölkənin 20%-ni düşməndən azad edən veteranlara yer tapa bilməyən Nəsimi rayon İcra Hakimiyyəti

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsi gənclərin Birliyə üzv olması mərasimini orjinal bir şəkildə keçirib.

Nəsimi rayon İcra Hakimiyyəti müharibə veteranlarına yer tapa bilmədiyinə görə, mərasim Hərbi Qənimətlər Parkında keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyyatda olan polkovnik, «Azərbaycan Bayrağı» ordenli Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov dedi: «Sağ olsunlar, Park rəhbərliyi bizi çox isti və mədəni qarşıladılar. 2020-ci ilin 44 günlük müharibəsində iştirak etmiş gənclərin veteranlar sırasına təntənəli surətdə Hərbi Qənimətlər Parkında qəbuluna icazı verdilər.

«Azərbaycan Bayrağı» ordenli, polkovnik Elmar Hüseynov, mərasim iştirakçılarını salamladı və şəhidlərimizi andıqdan sonra gənc veteranlara üzvülük vəsiqələrini təqdim etdi.

Gənc veteranlar Vətəni qorumağa özlərinin ən müqəddəs borcu hesab etdiklərini bildirdilər. Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını bəyan etdilər. Sonra Parkda gəzintiyə çıxdılar, öz müharibə xatirələrini danışdılar.
Xatırladaq ki, hər bir rayon rəhbərinin öz seçdikləri birlik var. Bəzən də döyüş yollarına bənzər şəkildə veteran işinə bu adamların əməlləri ziyan verməkdədir. Hər bir sahədə olduğu kimi belələrindən sıralarımızı təmizləməyin məqamı gəlmişdir. Nəsimi rayonunda veteranlara yer ayrılmaması böyük bir ayıbdır. Xüsusən də bu cür münasbəti görən gənclərimizin mənəvi dünyasına bir zərbə vurulur.

Sonda isə gənc veteranlarımızı təbrik edirik. Bildiririk ki, heç zaman ruhdan düşməyin. Çünki savaş kişilərin, ər olanların işidir. Biz bu yolun yolçularıyıq. Yolunuz mübarək!

Türkay Xaqan
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor