» Azərbaycan xalqının çox yaxşı bir deyimi var:“Ordun varsa, yurdun var"

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Azərbaycan xalqının çox yaxşı bir deyimi var:“Ordun varsa, yurdun var"


Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb.  Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.  Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.                                                                                                          Ümummilli lider Heydər Əliyevin  daxili və xarici siyasətini uğurla həyata keçirən                                                                                                        Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşir.                                                                 Sevindirici hal olaraq 12 apreldə Bakının Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı açıldı,                                                                                                                     Respublikamızda indiyədək müxtəlif parklar  və müzeylər fəaliyyət göstərir.               
Lakin vətən¬daşlarımızın və ölkəmizə gələn turistlərin üzünə açılan müxtəlif parklar  və müzeylər  heç biri Hərbi Qənimətlər Parkının məna-mahiyyətində olmayıb.             
Çox ölkələrdə Hərbi Qənimətlər parkı  kiçik müzey şəkilində fəaliyyət göstərir.     Respublikamızda isə yeni yaradılmış Hərbi Qənimətlər Parkı öz planında ölkəmiz üçün  eyni zamanda yeniyetmə və gənclərin vətənpərvərlik  ruhunda tərbiyyəsində mühüm rol oynayacaqdır.30 illik işğaldan sonra əldə edilmiş tarixi qələbəni   Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev  nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu nə qədər səlis bildiyinin daha bir parlaq təcəssümüdür.                                                                                                          Yeni yaradıllmış  Hərbi Qənimətlər parkı vətənsevər parkıdır,torpaq sevər parkıdır, mərdlik parkıdır  parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır.                                                                          Dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq.                                                                                                    Gənc Vətənpərvərlər İctimai Birliyin sədri ,Azərbaycan fəxri bədən tərbiyyəsi və idman işçisi, ictimai siyasi xadim olaraq deyə bilərəm ki,  Azərbaycanın nizami Ordusu qəhrəman və peşəkar ordudur, düşmən üzərində ordumuzun mənəvi üstünlüyü danılmaz faktdır;
– Vətən Müharibəsi bizim şanlı tariximiz, xalqımızın əbədi qürur qaynağıdır;
– Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün, düzgün taktikanın, dəqiq siyasi-iqtisadi və diplomatik kursun təzahürüdür.
– Azərbaycan XXI yüzilin müharibəsini aparıb və örnək yaradıb;
– Hərbi Qənimətlər Parkı da XXI yüzil müharibəsinin miqyasını və Azərbaycanın şərəfli Qələbəsinin möhtəşəmliyini göstərir;
– Park Qələbənin əbədiləşdirilməsinə xidmət edir;
– Biz Qələbəmizi əbədiləşdirdiyimiz kimi, erməni vandalizminin insanlığa qarşı cinayət olduğunu da unuda, unutdura bilmərik.
Və “Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik”!
Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdan cəmi bir gün öncə Hərbi Qənimətlər Parkını ziyarət edərkən – qalib ordunun hərbçiləri qarşısında çıxış zamanı hərbi formada idi. Ali diplomatiya təhsili ocağında, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndə¬lərinin biləvasitə (yaxud “onlayn”) qatıldığı konfransda çıxış edən Prezident, Cənubi Qafqaza yeni baxışın özünü, özəyini – tarixə qovuşmuş münaqişədən sonrakı inkişaf və əməkdaşlığın mənasını, mahiyyətini ustadcasına açdı.
 Beləliklə:
   – Qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb;
– Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır;
– Sabitlik inkişafın əsasıdır. Regionun inkişafı strateji prioritetdir. – “Əlbəttə ki, Ermə-nistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”;
Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var;
– Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu;
– Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir;
– Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub;
– Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və İkinci Qarabağ və 24 saatlıq antiteror mü¬haribəsi bunu bir daha sübut etdi.
Və nəhayət son günlərin ən çox müzakirə olunan mövzusu: Şuşaya atılan “İsgəndər-M”!.. – Azərbaycan rəsmi İrəvandan “İsgəndər-M” raketi ilə bağlı açıqlamalar tələb edir. – “Rusiya ilə “İsgəndər-M” raketi ilə bağlı məsələlərin müzakirəsi artıq olub. Rəsmi İrəvan bəhanələr gətirir,gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. Deməli, hər halda istifadə olunub. GVİB-n sədri olaraq  Ermənistandan rəsmi  acıqlama gözləyirik”                                                                           Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Yaşasın Ali Baş Komandan,
Yaşasın Azərbaycan Ordusu
Gənc Vətənpərvərlər İctimai Birliyin sədri ,Azərbaycan fəxri bədən tərbiyyəsi və idman işçisi,                                      ictimai siyasi xadim   Müqamət Əliyev (Muğan)
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor