» » Ümummilli lider Heydər Əliyevin anım gün ilə əlaqədar tədbir keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Ümummilli lider Heydər Əliyevin anım gün ilə əlaqədar tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anım gün ilə əlaqədar "İslahatlara dəstək" İctimai Birliyinin sədri Elçin Axundazadə və "Sabaha İnam" İctimai Birliyinin sədri Vüsal Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan aparıcı Elnurə Eldarqızı Heydər Əliyevin fəaliyyəti haqda danışaraq sözü "İslahatlara Dəstək" İctimai Birliyinin sədri Elçin Axundzadəyə verib. E.Axunzadə ümummilli liderlə bağlı xatirələrdən danışıb, bildirib ki, 200 ildir ki, Azərbaycan torpaqlarını itirə-itirə getsə də, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində yeni səhifə açıb: "Ümummilli liderin hakimiyyətə gəlişindən sonra Azərbaycanın parçalanması prosesi dayandı və bu gün onun strategiyasının nəticəsidir ki, Azərbaycan ötən il - 44 günlük Vətən müharibəsində qələbə qazandı". 
Sabaha İnam" İctimai Birliyinin sədri Vüsal  Əliyev də Heydər Əliyevin uğurlu fəaliyyətindən bəhs edib, onun qurduğu uğurlu kursun davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. V.Əliyev Heydər Əliyevin ordu quruculuğu siyasətindən danışıb və bildirib ki, illərdir möhkəmlənən Azərbaycan ordusu ötən il tarixdə sözünü deyərək Azərbaycana qələbə qazandırıb.


Millət vəkili Anar İsgəndərov isə çıxışında Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili olaraq status qazandırmasından, fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib: "Heydər Əliyevin fəaliyyətinin üçüncü dövrü sovet imperiyasının dağılmasına təsadüf etdi. Onun  bu fəaliyyət dövrü Naxçıvan üçün də əhəmiyyətli idi. Birinci Qarabağ müharibəsi Azərbaycana faciə gətirmişdi. O hakimiyyətə gələrək ölkə iqtisadiyyatını gücləndirdi. Heydər Əliyev "Əsrin müqaviləsi"ni imzaladı, sabitliyi bərpa etdi, vətəndaş müharibəsinin  
qarşısını aldı, 1994-cü ildə atəşkəsin elan olunması isə Azərbaycanı məğlubiyyətdən qurtardı. Heydər Əliyev ölkəmizi dünyanın ən nüfuzlu dövlətləri sırasına çıxardı".


"Onun hakimiyyəti dövründə Azərbaycan Avropa parlamentinin üzvi oldu, 70 il ərzində kəndlinin arzuladığı torpağı ona verdi, adını fermer qoydu. O güclü ordu yaratmaq üçün əlindən gələni etdi", - deyə A.İsgəndərov əlavə edib.
Millət vəkili bildirib ki, Azərbaycan ordusu ötən il düşməni darmadağın edərək bununla da Azərbaycanın adını qalib ölkələrin sırasına daxil edib: "Bu gün hər bir azərbaycanlı qalibiyyətin nə olduğunu dadıb".


Daha sonra millət vəkili Məşhur Məmmədov Heydər Əliyevlə bağlı xatirələrindən danışıb, onunla bağlı xatirələrini bölüşüb, bildirib ki, Heydər Əliyevin verdiyi bütün tövsiyələr xatirələrində silinməz izlər buraxıb. 


Digər rəsmilər çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Tədbirdə müxtəlif səfirliklərin nümayəndələri də iştirak edib. Tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqda hazırlanan kiçik metrajlı kadrlar təqdim olunub.


Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Bundan sonra ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. 


Heydər Əliyevin prezidentliyi dövründə milli ordu quruculuğunda ciddi dəyişikliklər olub, nəticədə təcavüzkar erməni silahlı qüvvələrinə əks-zərbələr endirilib və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan olunub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor