» » Qanlı Yanvar hadisələri müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu təcəssüm etdirir

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Qanlı Yanvar hadisələri müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu təcəssüm etdirir

Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Qanlı Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Xalqımızın müstəqillik yolu məhz 20 Yanvardan başlanır. Çünki 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Vətənin igid oğul və qızları keçmiş sovet imperiyasının böyük gücü qarşısından geri çəkilmədilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib.
“Sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün düşünülərək planlaşdırılan xüsusi ssenari əsasında həyata keçirilən 20 Yanvar faciəsi xalqımızın mübarizə əzmini qıra bilmədi. Yanvar hadisələrinin qurbanı olan Azərbaycanın igid oğul və qızları adlarını istiqlal tarixinə öz qanları ilə yazdılar. Şəhidlərimizin rəşadəti qəhrəmanlıq salnaməsidir. Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 20 Yanvar faciəsinin səhəri günü Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, kommunist rejiminə və bu qanlı hadisəni törədənlərə kəskin etirazını bildirib. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə çevrilib”, - deyə Elnur Eltürk bildirib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor