» “Təhsilli gələcəyə sahib olaq" layihəsi başa catıb.

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HƏRBİ

“Təhsilli gələcəyə sahib olaq" layihəsi başa catıb.










Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsilli gələcəyə sahib olaq" layihəsi başa catdı. 




Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsilli gələcəyə sahib olaq" layihəsi 01 avqust 2023-cü il tarixindən fəaliyyətə başlayıb.
  Layihənin icrası zamanı, əsas məqsəd təhsilli bir cəmiyyətə sahib olmaq üçün, ən vacib amil qızların təhsilə cəlb olunmasıdır. Qızların təhsil almasına mane olan sosial, mədəni-məişət xarakterli maneələrin, cəmiyyətdə hələ də qalmaqda olan köhnəlmiş təsəvvür və stereotiplərin aradan qaldırılması, qızların təhsildən uzaqlaşmasına səbəb olan erkən nikahlar və bu kimi digər meyllərin qarşısının alınması vacib şərt olduğu göstərildi. Yeniyetmə qızların təhsildən ayırıb erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğu, psixoloji vəziyyətlərinə mənfi təsir göstərdiyi kimi, cəmiyyətin də inkişafına zərbə vurduğu aşılandı. 
Layihə icra olunarkən, bu təhlükənin qarşısının alınması üçün ilk növbədə yeniyetmə qızlar və valideynlər arasında bu istiqamətdə intensiv maarifləndirici işlər aparıldı, o cümlədən insanların əsas hüquqlarından birinin təhsil almaq olduğunun yeniyetmə qızlara catdırıldı, uşaqların, xüsusilə də qızların cəmiyyətin inkişafında mühüm faktorlardan olan təhsildən yayınmaması, qızların təhsillərini davam etdirərək inkişafla ayaqlaşmasına, maddi və mənəvi müxtəlifliyin içində doğrunu seçməklərinə, mütərəqqi düşünə bilmək və mütərəqqi ola bilmələrinə stimul vermək, yeniyetmə qızların harmonik inkişafına kömək edilməsi, geriqalma probleminin aradan qaldırılması üzrə maarifləndirmə işi aparıldı. Layihənin icrası zamanı, keçirilən tədbirlər nəticəsində yeniyetmələr erkən nikahın zərərləri, təhsilin bugünkü və gələcək əhəmiyyəti barədə məlumatlandılar. 
Təhsil almaq hüququ hər bir vətəndaşa şamil edildiyi nəzərə catdırıldı. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Qızlarının bu hüququnun əlindən alınması özü qanun pozuntusudur. Nə fiziki, nə də psixoloji ailə həyatına hazır olmayan yeniyetmə qızların erkən nikaha sövq edilməsi böyük təhlükə olduğu izah olundu. Hazırda boşanan cütlüklərin də bir çoxu erkən nikaha sövq edilənlərdir, deyərək qeyd olundu. Bu gün vətəndaş cəmiyyəti olaraq, göstərdik ki, qızların elmə, biliyə yönəlmələri vacibdir. Çünki təhsildən kənarda qalan cəmiyyətdə, inkişaf ola bilməz. Bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ananın olması deməkdir.  Layihənin icra müddəti 3 ay davam etdi.
 
"Ailələrə Sosial Dəstək" ictimai birliyinin sədri, layihənin rəhbəri Esmira Rəhimova
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor