» » Yarımçıq təhsil yarımçıq arzulardır

ƏSAS / ÖLKƏDƏ

Yarımçıq təhsil yarımçıq arzulardır

 

    Ailə cəmiyyətin içində kiçik bir dövlət, qadın isə bu dövlətin əsas sütunlarından biridir. Odur ki, təhsilli qadın təhsilli cəmiyyətin təməlidir. Cəmiyyətin hər bir fərdini o dünyaya gətirir və tərbiyə edir, vətən üçün vətəndaş yetişdirir. Qızlara və qadınlara edilən yersiz qadağalar,  basqılar və zorakılıq isə cəmiyyətin təməlini sarsıdır. Qadın istər ailədə, istərsə də cəmiyyətdə özünü ifadə etmək istəyirsə, mütləq təhsil almalı, peşə öyrənməli, sənətə yiyələnməli,  iqtisadi cəhətdən təmin olunmalıdır. Qadın sahibkarlığının və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı qadının “iş axtaran” statusdan “iş yerləri yaradan” statusa keçməsinə imkan yaradar. İkincisi, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır. 
                 “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyinin layihə rəhbəri Xanım Əhmədzadə bildirmişdir ki, hər bir qızın, qadının  mükəmməl təhsil alması üçün ölkəmizdə çox geniş resurslar mövcuddur. Müəyyən səbəblərdən təhsildən yayılan qızlarla bağlı da dövlət müxtəlif motivasiyalı proqramlar, preventiv tədbirlər həyata keçirir və problemin qarşısının alınmasına dəstək olunur. Çox təəssüf ki, hələ də “oxutmuram, əl çəkin” prinsipi ilə yaşayan valideynlər, təhsildən yayındırılaraq erkən nigaha vadar edilən, arzuları yarımıq qalmış azyaşlı qızlar var. Erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Həm də yeniyetmələrdə səbirsizlik, dözümsüzlük faktoru yüksək olduğundan, ailədə istənilən problemin ağırlığı altında depressiyalara, bəzən hətta ağır psixi pozuntulara daha çox məruz qalırlar.  
                   Cəmiyyətdə baş verən bu kimi problemləri nəzərə alaraq, hazırda bizim İctimai Birlik  Azərbaycan  Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhsilli qadın təhsilli cəmiyyətin təməlidir” adlı layihəni icra edir.  Layihənin  icra müddəti 4 aydır və  01.02.2023 –cü il tarixindən icra fəaliyyətinə başlayıb. Maarifləndirmə tədbirləri Bakı və Bakıətrafı kəndlərdə yaşayan benefisiarlar üçün nəzərdə tutulub.  Layihənin əsas ideyası qızlar arasında təhsildən yayınma hallarının səbəblərinin öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkil edilməsidir. Layihə bu problemin həll olunmasına kömək etməkdən, yaranma səbəblərini ictimaiyyətin  özündən  öyrənməkdən, təşəbbüslərini müvafiq dövlət orqanlarına, cəmiyyətə çatdırmaq məqsədilə maarifləndirmə tədbirləri təşkil etməkdən,  belə hallarla üzləşmiş qızlar və ailələri ilə görüşlər keçirməkdən bəhs edir. Layihənin nəticəsi olaraq əsas gözləntimiz  qızlar arasında təhsildən yayınma hallarının azalmasına nail olmaq, bu problemin səbəblərini öyrənmək və aradan qaldırılmasına dəstək olmaqdır.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor