» “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılışı və fotoalbomun təqdimatı keçirilib

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılışı və fotoalbomun təqdimatı keçirilib













27 oktyabr Muzey Mərkəzində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılış mərasimi və “İrəvan — tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomun təqdimatı keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, tarixçilər, İrəvanı idarə edən xanların nəsil davamçıları, Qərbi Azərbaycandan olan ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə təşkilatın bu sahədə fəaliyyəti və icra olunan layihə haqqında ətraflı məlumat verib. 
Layihənin məsləhətçisi, Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa sərgininin və fotoalbomun ictimaiyyət üçün zəruriliyini qeyd edib.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin Qərbi Azərbaycan mövzusunda dəstəklədiyi layihələr haqqında məlumat verib.
Daha sonra çıxış edən Millət vəkili Naqif Həmzəyev layihənin əhəmiyyətini xüsusi vurğulayıb və eyni zamanda Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşüb. 
İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın Almaniyada yaşayan nəsil davamçısı Əmir Əli Sərdari İrəvani Azərbaycan milli kimliyinin qorunması üçün birliyin və Qərbi Azərbaycanla bağlı vahid siyasətin aparılmasının vacib olduğunu bildirib.
Yekun olaraq çıxış edən Fransada Azərbaycan diasporunun fəal üzvü, politoloq Zaur Sadıqbəyli Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında aparılan informasiya mübarizəsindən danışıb.
Daha sonra sərginin açılış mərasimi olub. Sərgidə Qərbi Azərbaycan - qədim İrəvanın tarixi abidələri, mədəniyyəti, təhsili, nəşriyyatı, tarixi şəxslərini özündə ehtiva edən 3 dildə - Azərbaycan, rus, ingilis dillərində izahlı şəkildə 300-ə yaxın fotoşəkil və rəsmlər yer alıb. Bundan əlavə, Qərbi Azərbaycana məxsus milli geyimlər, xalçalar, musiqi alətləri, tarixi sənədlər, qədim dövrə aid əşyalar nümayiş olunub. Yekunda İrəvan mətbəxinə məxsus şirniyyatlarla çay süfrəsi təşkil edilib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor