» QHT-lərin COP29-la bağlı birgə bəyanatı

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HƏRBİ

QHT-lərin COP29-la bağlı birgə bəyanatı


Dekabrın 18-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “COP29: gözləntilər, perspektivlər” mövzusunda QHT-lərin ictimai müzakirəsi keçirilib. 
Agentliyin İcraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. A.Əliyeva Agentliyin 2024-cü ilin əvvəlində “COP29”la bağlı xüsusi qrant elan edəcəyini də açıqlayıb. Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərovanın moderatorluğu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb. 
Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də öz mülahizələrini bölüşüb. “Yaşıl Tikinti Şurası”nın həmtəsisçisi və rəhbəri Guy Eames bildirib ki, “COP29”un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir. 
Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul edib. Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov səsləndirib.










Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor