» Komitə sədri Şəmistan Əlizamanlını təbrik edib

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Komitə sədri Şəmistan Əlizamanlını təbrik edib




Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Vətənpərvərliyin Təbliğinə Dəstək” 
İctimai Birliyinin sədri, tanınmış sənət xadimi Şəmistan Əlizamanlının 65 illik yubileyi ilə bağlı ona təbrik məktubu ünvanlayıb. 
Məktubda deyilir:

“Hörmətli Şəmistan müəllim,
Sizi – Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ünlü ifaçısı olan ictimai və sənət xadimini 65 illik yubileyinizlə bağlı təbrik edir, sizə yeni yaradıcılıq uğurları diləyirəm!

Siz Mədəniyyət və İncəsənət Universitetinin ünlü məzunlarındansınız. 

Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışdığınız illərdən özünüzə xas səsinizlə ün qazanmısınız. Moskvada – keçmiş SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində görkəmli sənətkar – radio diktoru, səs ustası İlya Y.Prudovskinin yanında təcrübə keçmisiniz. 

1992-ci ildən fəaliyyətinizi Azərbaycan Dövlət Televiziyasında davam etdirmisiniz. 

I Qarabağ müharibəsinin gedişində öncəbhə xəbərlərini sizin səsinizlə dinləyir, öyrənirdik. Müdafiə Nazirliyində çalışdığınız sonrakı 10 il içində milli aydınımız olaraq, yenə öz səsiniz, ifalarınızla Vətənə və sənətə eyni sədaqət və peşəkarlıqla xidmət etmisiniz. 

Özəlliklə, milli hərbi-vətənpərvərlik mahnılarının qıtlığı fonunda, sizin ifa etdiyiniz, öz repertuarınıza daxil etdiyiniz hərbi-vətənpərvərlik mahnıları müstəqilliyimizin ilk illərində əvəzsiz rol oynayıb.

Sizin ifa etdiyiniz “İgid əsgər”, “Cənab leytenant”, “And içirik”, “Çağırır vətən”, “Qalx, Azərbaycan!”, “Vətən əmanəti”, “Can Azərbaycan”, “Birinci batalyon”, “And içirəm”, “Çırpınırdın, Qara dəniz”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum”, “Tanrı türkə yar olsun”, “Heyran türkün bayrağına”, “Qafqaz dağı, yol ver bizə”, “Şahinlər” və b. mahnılar dillər əzbəridir. 

Repertuarınızdakı unudulmaz mahnılar şanlı Ordumuzun hərbi hissələrində davamlı olaraq səsləndirilməkdədir.

Siz Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, eləcə də, Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə, habelə bir sıra ictimai mükafatlarla təltif edilmisiniz. 

Sizin sənətin qardaş ölkə və topluluqlarda, özəlliklə Türkiyədə də çoxsaylı vurğunları var. Təsadüfi deyil ki, “Turan ellər var olsun” və digər bir sıra mahnılarınız “YouTube” kanalında milyonlarla insan tərəfindən izlənib. Sizin bəstələdiyiniz, ifa etdiyiniz “Yürüyün, əsgər, yürüyün!” mahnısı da qardaş Türkiyədə böyük əsk-səda doğurub, coşğun məhəbbətlə qarşılanıb.

Sizi bir sıra filmlərin (“Bəd xəbərlər gətirən qəribə adamlar”, “Qudyalçay”, “Koroğlu” və b. onlarla sənədli filmin) səsləndirilməsində, “Dahi sərkərdələr” filminin dublyajında iştirak etmiş, habelə “Diriliş Ərtoğrul”da rol (Ozan) almısınız.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyevin döyüş yolundan bəhs edən sənədli film (2011), “Qəhrəman kənd - Əlibəyli” (2013) adlı sənədli film də sizin iştirakınızla çəkilib, ictimaiyyətə təqdim edilib. 

Qarabağ döyüşlərində iştirak edən ata və onun üç oğlunun döyüş yolundan bəhs edən “Əsgər atası” sənədli filmi, “Səkkiz oğul istərəm”, “Vətən sağ olsun”, “Cənnət yolçusu” və digər sənədli filmlər, başqanı olduğunuz ictimai birlik tərəfindən ərsəyə gətirilib.

Siz qardaş Türkiyə, Qazaxıstan, Türkmənistan və Macarıstanda, eləcə də Ukraynada, habelə Almaniya, İsveçrə və Rusiyada bir neçə dəfə səfərdə olub, uğurlu konsert proqramları ilə çıxış etmisiniz. 

Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralının “Diqqət! Diqqət!..” adlı kitabında müharibənin görünən və görünməyən məqamları məhz sizin səsinizin fonunda öz əksini tapıb.

Məmməd Araz, Nizam Paşa Saraçlı və b. tanınmış şairlər sizə şerlər həsr edib.

“Dövrün səsi” sənədli filmi də sizin yaradıcılığınıza həsr olunub.

Sizi bütün ictimai və sənət uğurlarınızla, 65 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor