» Gənc Vətənpərvərlər Birliyi prezident İlham Əliyevə təbrik məktubu göndərib

ƏSAS / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Gənc Vətənpərvərlər Birliyi prezident İlham Əliyevə təbrik məktubu göndərib


Gənc Vətənpərvərlər Birliyi (GVİB) Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib. "ONDER.TV" yə məktubu təqdim edir:

"Cənab Prezident!


Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik, Ulu tanrıdan sizə can sağlığı və xalqımızın xoşbəxt gələcəyi naminə, növbəti fəaliyyətinizdə yeni-yeni qələbələr arzulayırıq. Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, rəhbərliyinizlə həyata keçirilən, Azərbaycan xalqının vətənpərvər övladı kimi ölkədə aparılan demokratik dövlət quruculuğu proseslərindəki islahatlar, dövlət gənclər siyasətində, idman siyasətində eyni zamanda ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin Azərbaycan əhalisi tərəfindən fəal dəstəklənməsinə dəlalət edir.

Bu seçki bir daha xalqın Sizdən başqa kimsəni lider görməməsini, hətta Sizinlə mübarizə aparacaq bir namizədin olmamasını əyani sübut etdi. Bu gün Azərbaycan müasir, müstəqil dövlət kimi dünyada öz rolunu oynayır və inanırıq ki, bundan sonra bizim imkanlarımız getdikcə daha da genişlənəcəkdir.

Bu gün bölgələrdə gedən proseslərdə bizim təsir imkanlarımız kifayət qədər genişdir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi- mümkün deyildir. O təşəbbüsün gələcəyi olmayacaqdır. Bütün bunlar Sizin yürütdüyünüz şəffaf siyasətin nəticəsidir. Müstəqilliyimizin nə qədər böyük dəyər olduğunu Azərbaycan xalqı gündəlik həyatda görür. Bütün bu yorulmaz fəaliyyətinizə görə Sizə Gənc Vətənpərvərlər İctimai Birliyi adından və öz adımdan dərin minnətdarlığımızı bildiririk. Biz əminik ki, var gücünüzlə doğma Azərbaycan xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacaqsız. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq.

Yaşasın Heydər Əliyev ideologiyası və onun kansepsiyası !

Yaşasın müstəqil Azərbaycan Respublikası!"
Yaşasın qalib ölkənin prezidenti İlham Əliyev!

GVİB sədri Müqamət Süleyman oğlu Əliyev (Muğan )
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor