» » ATXƏM sədrindən Prezidentə TƏBRİK

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ

ATXƏM sədrindən Prezidentə TƏBRİK

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev!

Sizi doğum gününüz münasibəti ilə təbrik edir, ölkəmizin və xalqımızın rifahı naminə həyata keçirdiyiniz siyasətdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident!

Bu bir həqiqətdir ki, Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad edilib və bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa edilib.

Bu qələbə təkcə Azərbaycanda deyil, o cümlədən bütün Türk Dünyasında böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. Təsadüfi deyil ki, Azərbaycanın bu uğuru Türk Dünyasının inteqrasiyası və birliyi işinə də əsaslı təkan verib.

Heç şübhəsiz ki, bu da bizi - Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini xüsusilə sevindirir. 

Hörmətli cənab Prezident!

Sizi bir daha doğum gününüz münasibəti ilə təbrik edir, Azərbaycanın və Türk Dünyasının gələcək inkişafı yönündə bundan sonra da reallaşdıracağınız siyasətdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə: 
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov

Demokrat.az
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor