» Qeyts pandemiyada əli olması barədə ittihamlara cavab verdi

---

Qeyts pandemiyada əli olması barədə ittihamlara cavab verdi

Peyvənd haqqında şayiələrin yayılması koronavirus epidemiyasını uzada bilər.
“ Onder.tv Qafqazinfo ya istinadən” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts bildirib.
O, həmçinin pandemiyada əli olması barədə məlumatları növbəti dəfə təkzib edib.
“Onlar (insanlar-red.) pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər", - o deyib.
Sahibkar qeyd edib ki, onun fondu artıq insanların vaksinə inamsızlığı ilə qarşılaşıb.
“Pakistan və ya Nigeriya kimi ölkələrdə poliomielit ilə mübarizə zamanı vaksinin təhlükəsiz olmaması və qadınlarda sonsuzluğa gətirib çıxarması ilə bağlı şayiələr gəzirdi”, - Qeyts əlavə edib.
Onun sözlərinə görə, belə yanlış fikirlərlə mübarizə aparmaq üçün nüfuzlu insanlara, cəmiyyət nümayəndələrinə və ya böyük nüfuza malik olan dini liderlərə müraciət etmək lazımdır. Onun fikrincə, yalnız onlar vaksinin üstünlüklərini əhaliyə izah edə bilərlər.
Qeyd edək ki, koronavirusun yayılmağa başladığı vaxtdan sosial şəbəkələrdə və mətbu orqanlarda milyarderin pandemiyada əli olması barədə məlumatlar yayılmışdı. Bəzi portallar və sosial şəbəkə istifadəçiləri Qeytsin bunu dünya əhalisinə qlobal nəzarət üçün etdiyinə dair iddia irəli sürüblər. Sahibkar isə pandemiyada əli olması barədə fikirləri axmaqlıq olduğunu bildirib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor