» Özünü yandıran Vətən Müharibəsi Qazisi Elvin Cəfərova...

---

Özünü yandıran Vətən Müharibəsi Qazisi Elvin Cəfərova...

QAZİ QARDAŞ, ƏL SAXLA


Qazi qardaş, dur, əl saxla, 
Yandırma özünü.. – bizi. 
Doğacaq dan ulduzudur,
Ədalətin tərəzisi.


Bilirəm yorğunluğunu,
Keç oğrunu, xeyirsizi. 
Ya da endir yumruğunu,
Batır yerə qeyrətsizi. 


İfşa elə əməlini,
Doğru yoldan azanların.
Vur, parçala, kəs əlini,
Ədaləti pozanların.


Təki özünə qıyma sən,
Bizi də ümidsiz etmə...
Axı sən qalib Qazisən,
Namərdə yenilib getmə.


..Son vaxtlar kənddə, şəhərdə,
Çoxu laldı, kordu, kardı.
Ədalət olmayan yerdə,
Qeyrətlilər günahkardı. 


Gəl, özünə olma qənim,
Bizi ağlatma ardından.
Çəkilməyib hələ sənin,
Barıt qoxsu paltarından.


..Sən yenə də səbrini bas,
Zamanı gələr hər işin. 
Öz canından alma qisas, 
Çarə deyil bu gedişin. 


Haqqa qarşı heç tutma kin,
Bəzi işlər dərkedilməz.
Bircə bunu unutma ki,
Haqq nazilsə də, üzülməz.


Adilə Nəzər 13.07.2022

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor