» » Gənclərin iştirakı ilə 2 günlük tədbir keçrilib.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Gənclərin iştirakı ilə 2 günlük tədbir keçrilib.








“Uğur əngəl tanımır-2” layihəsi çərçivəsində UNEC İnklüziv Təhsil Mərkəzində sağlamlıq imkanları məhdud gənclərin iştirakı ilə 2 günlük sərgi keçirildi.

  





Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin tərəfdaşlığı ilə “Uğur əngəl tanımır-2” layihəsi çərçivəsində Azərbaycan İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzində 21-22 fevral tarixində sərgi keçirildi. UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova çıxış edərək tədbiri açıq elan edib. O, layihə haqqında qısa məlumat verdi. Layihənin məqsədi Bakı şəhərində olan sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş gənclərin daha çox inteqrasiyasına yardımçı olmaq, onların dövlət qayğısından kənarda qalmadıqlarını, hər zaman dövlətin onları nəzarətdə saxladıqlarını onlara çatdırmaqdır. Bununla da, onların əl qabiliyyətləri və bacarıqlarını digər insanlara göstərməklə onların məhdudiyyətlərə baxmadan hər kəs kimi bacarıqlarının olmasını göstərməkdir.
Daha sonra, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri AzadəMəmmədova çıxış edərək əlillliyi olan insanların istedad və bacarıqlarının cəmiyyətə tanıdılması və dəstəklənməsi, onların yaradıcılıq potensiallarına ictimaiyyətin diqqətinin artırılması məqsədilə təşkil olunan belə tədbirlərə dəstək göstərilməsinin vacibliyini vurğuladı.
Daha sonra, tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva çıxış edərək, Ölkə rəhbərliyi tərəfindən əlilliyi olan insanların reabilitasiyası, öz fiziki məhdudiyyətlərinə qalib gələrək daim özlərinə güclü inam hissi ilə ictimai-mədəni həyatda fəal iştirak etmələri üçün çoxşaxəli işlər aparıldığını qeyd edib. Daha sonra, tədbirdə iştirak edən “Göyərçin”-Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı, Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı çıxış edərək öz fikirlərini bildirdilər. 
Daha sonra, layihə rəhbəri Nərmin Kərimova çıxış edərək layihənin ərsəyə gəlməsində Azərbaycan Gənclər Fondunun kollektivinə, xüsusilə Fondun icraçı direktoru Fərid Cəfərova, Azərbaycan İqtisad Universitetinin rəhbər heyyəti və kollektivinə, iştirak edən bütün sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş gənclərə öz təşəkkürünü bildirdi. Sonda, UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova layihənin təşkilində göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif olundular. 
Qeyd edək ki, 2 günlük sərgidə həssas qrupa aid olan gənclərdən; tardaAbuşov Fəridin müşayəti ilə Rəvanə Ağamirova, qarmon ifaçısı Əhmədov Nurlan müxtəlif mahnılar ifa etdilər. 
Tədbirin sonunda, iştirak edən bütün gənclər sertifikat və xüsusi hədiyyələr ilə təltif olundular.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor