» » Qazi bərbər Firdovsi Mustafayev: “Qısa zamanda ləvazimatlarla təchiz olundum” – FOTO/VİDEO

ƏSAS / ÜMUMİ

Qazi bərbər Firdovsi Mustafayev: “Qısa zamanda ləvazimatlarla təchiz olundum” – FOTO/VİDEO

Bərbər olan qazi Firdovsi Mustafayev Dövlət Məşğulluq Agentliyi tərəfindən lazımi ləvazimatlarla təchiz olunub.
 
Bu haqda, o Moderator.az saytına məlumat verib. 
 
“Başda şəhid mayor Vüsal Vəliyevin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu və onun dostu, Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya Departamentinin əməkdaşı Ruslan Eldaroğluna təşəkkür edirəm. Onların sayəsində Dövlət Məşğulluq Agentliyinə yazılı şəkildə müraciət etdim, məni qeydiyyata aldılar. Dedilər ki, mənə xəbər olunacaq. Bir müddət sonra mənimlə əlaqə saxladılar. Online dərslərə başladım. Dərslər bitdikdən sonra bizə öyrədilənləri yazılı şəkildə Nazirliyə təqdim etdim. Nəticələrim yaxşı oldu, sertifikat verdilər mənə və lazımi ləvazimatlarla təchiz olundum. Artıq mən Agentliyin mənə verdiyi ləvazimatlarla çalışıram. Bu diqqət və qayğı üçün minnətdaram”.
 
Qeyd edək ki, Mustafayev Firdovsi İlqar oğlu 10 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlının işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb. Hazırda yaşadığı Nəriman Nərimanov rayonunda bərbər kimi tanınır, fəaliyyət göstərir. 
 


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor