» » Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı göstərdiyi igidliyə görə medallarla təltif ediliblər – FOTO

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Dövlət Məşğulluq Agentliyinin 4 əməkdaşı göstərdiyi igidliyə görə medallarla təltif ediliblər – FOTO




Prezident İlham Əliyevin Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dörd əməkdaşı Vətən müharibəsində göstərdiyi igidliyə görə medallarla təltif ediliblər.
Onlar Agentliyin 6 saylı ərazi məşğulluq mərkəzinin böyük mütəxəssisi Elşən Tağıyev, 16 saylı ərazi məşğulluq mərkəzinin baş mühasibi İbad Əşrəfli, 15 saylı ərazi məşğulluq mərkəzinin baş mütəxəssisi Ziya Zaidov və 21 saylı ərazi məşğulluq mərkəzinin mütəxəssisi İlqar Topçuyevdir.
Elşən Tağıyev 3 medalla – “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasın görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. İbad Əşrəfli, Ziya Zaidov və İlqar Topçuyev isə “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüblər.
Qeyd edək ki, ümumilikdə Dövlət Məşğulluq Agentliyinin 19 əməkdaşı 44 günlük Vətən müharibəsinin ilk günlərindən mübarizəyə qoşulub və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.  
Qəhrəmanlarımızla fəxr edirik!
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor