» » Milli QHT Forumu Qubada davam edir

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ

Milli QHT Forumu Qubada davam edir








Bu gün Azərbaycan Milli QHT Forumunun Quba rayonunda regional forumu keçirilir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, QHT təmsilçilərinin son illər əldə etdikləri uğurlar, icra etdikləri layihələr bir çox sahələrin inkişafına töhfə verəcək. 
“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, son 20 ildə vətəndaş cəmiyyətinin bir çox proseslərdə fəal iştirakı göz qarşısındadır. Şuşada Xankəndi-Laçın yolundakı uzunmüddətli aksiya da buna ən yaxşı nümunədir. 
"Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Eynulla Xeyrullayev,  "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abdüləlimova, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov da QHT-lərin regionlardakı fəaliyyətlərindən bəhs ediblər. 
Qeyd edək ki, AMQF-nin regional forumları yanvarın 8-dək davam edəcək. Regional forumların dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvanda davam etdirilməsi nəzərdə tutulur. 
Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor