» » Hollandiya, Azərbaycan - Türk Kultur Dərnəyinin rəhbəri İlhan Aşkın "BÖYÜK ZƏFƏR" medalı ilə təltif edildi

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Hollandiya, Azərbaycan - Türk Kultur Dərnəyinin rəhbəri İlhan Aşkın "BÖYÜK ZƏFƏR" medalı ilə təltif edildi

       


                                                              
Əslən Qərbi Azərbaycan kökənli olan Azərbaycan sevdalısı İlhan Aşkın İğdırda böyüyüb başa çatmış olsa da Niderlandda  Den Haaq şəhərində yaşayır.  Hollandiya Azərbaycan - Türk Kultur Dərnəyinin rəhbəri  İlhan Aşkın vətəndən uzaqda yaşasa da daim Azərbaycan xalqının, dövlətçiliyinin milli maraqlarını müdafiə edərək erməni lobbisinə, vandallarına qarşı mübarizə aparmışdır. O, erməni terrorçularının törətdikləri vəhşiliklərə, qarşı təşkil etdiyi mitinqlərdə Xocalı soyqırımına biganə qalmadığını vurğulayaraq, qeyd etmişdir ki, " Vaxt gələcək Qarabağ torpaqları siz ermənilər üçün məzar olacaq". Ali Baş Komandan İlham Əliyev başda olmaqla məğlubedilməz ordumuzun və əsgərlərimizin güçü ilə yağı düşmən tərəfindən işğal olunmuş  torpaqlarımızı  geri qaytardıq və doğurdan da Qarabağ torpaqlarımız erməni işğalçıları üçün məzar oldu. Lakin buna baxmayaraq bu ifadəyə görə İlhan Aşkın uzun müddətdir ki, hələ də mücadilələr edir. O,  2014 - cü ildə mitinqlər təşkil edərək  Almelo şəhərində ermənilərin qondarma " erməni soyqırımı"  abidəsinin  qoyulmasının qarşısını almış və təmənnasız olaraq, öz hesabına Hollandiyanın Den Haaq şəhərində "XOCALI SOYQIRIMI" qurbanlarının xatirəsinə abidə ucaltmışdır.  O, hələ birinci Qarabağ müharibəsi zamanı Azərbaycana gəlmiş Şəhid və Qazi ailələrinə maddi və mənəvi dəstək olmuşdur. Sumqayıt şəhərində birinci Qarabağ döyüşlərində Şəhid olmuş Ruhullayev Sabir Bəxtiyar oğlunun xatirəsinə "Şəhid Bulağı" inşa etdirmişdir.  O, 44  günlük Vətən Müharibəsində yenidən əlil olmuş Qazilərimizə və Şəhid ailələrinə dəstək üçün bu dəfə də  Azərbaycana əli boş gəlməmişdir. Müharibədə əlil olmuş, qolunu, ayağını itirmiş Qazilərimiz üçün təmənnasız olaraq 100 ədəd motorlu əlil arabası gətirmişdir. Arabaların Azərbaycana  gətirilməsi zamanı Milli Məclisin sədr müavini, millət vəkili,  Adil Əliyevin böyük dəstəyi olmuşdur.  Hollandiya Azərbaycan - Türk Kultur Dərnəyinin Azərbaycandakı rəsmi nümayəndəsi, Dünya Azərbaycanlıları Həmrəylik İnstitutu İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti, fil.f.d. Həqiqət Hacıyevanın  təşkilatçılığı və dəstəyi, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İB nin iştirakı  ilə Qazilərimizə çatdırılmışdır. Arabalar nəinki Bakıda eləcə də Azərbaycanın müxtəlif şəhər və rayonlarından torpaqlarımızın işğaldan azad olması uğurunda əlil olan  Qazilərimizə təmənnasız olaraq verilmiş, Şəhid ailələrinə isə qida məhsulları və maddi yardım edilmişdir. Gəncə, Sumqayıt, Ağstafa, Qazax, Bərdə, Yevlax,  saatlı, Səlyan, Masallı, Lənkəran və s.
 Bu cür təmənnasız genişmiqyaslı, xeyirxah  fəaliyyətinə, Şəhid və Qazi ailələrinə yaxından dəstək olduğuna görə  Hollandiya Azərbatcan - Türk Kultur Dərnəyinin rəhbəri İlhan Aşkın və onun Azərbaycandakı rəsmi nümayəndəsi dosent, fil.f.d. Həqiqət Hacıyeva Azərbaycan Vətən Müharibəsi Veteranları İB - nin idarə heyyətinin qərarı və İB - in sədri  Füzuli Rzaquliyevin sərəncamı  ilə " BÖYÜK ZƏFƏR " medalı ilə təltif edilmişlər.
https://youtu.be/ODoiNzkaHSo?si=wINgMGNcAY8ra-dF
 
https://youtu.be/Ml54zWTnIO8?si=xHzNNVsYQ2I4Iz1y

Tədbirdə İlhan Aşkının  məlum səbəbdən iştirak edə bilmədiyini nəzərə alaraq çatdırılmaq üçün  Azərbaycan Respublikasının Diasporla iş üzrə Komitəsinə təqdim olunmuşdur. Şir ürəkli, mübariz, vətən sevdalısı, "BÖYÜK ZƏFƏR " medalınız mübarək !!!

Dünya  Azərbaycanlılarının Həmrəylik  İnstitutu İB - nin sədri,  Azərbaycan  Dillər Universitetinin  dosenti,   fil. f.d. Həqiqət Aslan qızı Hacıyeva
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor