» » İyirmidən çox ölkədən 49 QHT Azərbaycan və Ermənistan QHT-lərinə həmrəylik mesajı verib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

İyirmidən çox ölkədən 49 QHT Azərbaycan və Ermənistan QHT-lərinə həmrəylik mesajı verib

22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.
Onder.tv xəbər verir ki, onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.
Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. O da qeyd olunur ki, yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.
Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır. Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər. Son vaxtlar Azərbaycan QHT-lərinin bəyanatlarının xarici ölkələrdə, o cümlədən Ermənistandan ciddi rezonans doğurması müşahidə edilir.
Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb edirlər:
Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk.
Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir.
BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur.
Yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə - Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb.
Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq.
Biz, həmçinin Amulsar (qeyd: Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük.
İmzalar:

Məryəm DaneşVaşinqton və Li Universiteti, ekofəalABŞ

Aleksandr EamesPlanet 2030 təşkilatıBirləşmiş Krallıq

Saurab KumarYOUNGO – BMT-in Gənc İqlim ÇempionlarıHindistan

Patsi Stillo“Partners in Health” təşkilatıABŞ

Şəmsiyə KukanbekovaStop TB TərəfdaşlığıTacikistan

Kristina Zhorayeva“AFEW”Qazaxıstan

Manoj Prabhu“Dure”İsveçrə

Erna Yasareviç“Dostluq körpüləri”Bosniya və Herseqovina

Met QarnetMiçiqan Universiteti, eko-fəalABŞ

Qleb Yevqeniy“MADI”Rusiya

Nikolay Russu“Gənc Baxış”Moldova

Fernando Sançes“Braziliya Tibb Bacıları” AssosasiyasıBraziliya

Prof.Dr.Ejaz Khanİctimai Səhiyyə və Epidemiologiya üzrə Səhiyyə Xidmətləri MərkəziPakistan

Mohmad Hüseyn LonBeynəlxalq İnsan Hüquqları Komissiyasıİsveçrə

Əhməd Hudu AbdullahiAfrihealth Optonet AssosasiyasıNigeriya

Karm Sitro“Partners in Health” təşkilatıABŞ

Ermin Yasareviç“Dostluq körpüləri”Bosniya and Hersegovina

Naomi NguemadciIbaue Dabot“ONG” Çad İqliminin Yaşıl AkademiyasıÇad

Kristina Yakama“Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəriKeniya

Konadu“Altar” İnam Fondunun rəhbəriQana

Peter Owiti“Wote” Gənclərin İnkişafı Təşkilatının direktoruKeniya

Zeki Kılıçaslanİstanbul Vərəm Savaş DərnəyiTürkiyə

Sergey Uçayev“Ishonch və Hayot”Özbəkistan

Stiven Anquva ŞikoliKenyanın Vərəm çempionları ŞəbəkəsiKeniya

Şəmsəddin KuzəçiKərkük Mədəniyyəti İctimai birliyiTürkməneli-İraq

Ere Qabriel Erukudiətraf mühit üzrə ekspert, ekofəalNigeriya

Festus Ngisipaan“Kakuma” Sağlamlıq Təhlükəsizliyi AssosasiyasıKeniya

Norman Kagiso Matiting“TBpeople”Botsvana

Ezekiel OdeohAqro Ətraf Mühit Fermerləri Assosasiyası (AGEFA)Keniya

Endalkchew Fekadu“VHS” təşkilatıEfiopiya

Əli Iklaqa“Təbii Eko Paytaxtı” təşkilatıNigeriya

Gabriel EkalaleAsegis İcma ŞəbəkəsiKeniya

Nişan Çavanİctimai Səhiyyə üzrə ekspertHindistan

Alfred EdapalLomeds TəşkilatıKeniya

Çarlz Quist“Carepol” FonduQana

Rebekka Abulon“Asegis” İcma şəbəkəsiKeniya

Filiz Duyar AğcaTürk Toraks DərnəyiTürkiyə

Olorun Femi“Təbii Eko Paytaxtı” təşkilatıNigeriya

EMERI ELIUDBeynəlxalq TUBAE TəşkilatıKeniya

Coz MariyaGEP FonduArgentina

Lemaya Lumbasi“A4ek” QHT-siKeniya

Erlina BurhanRespirator Xəstəliklər üzrə İndoneziya Assosasiyasıİndoneziya

Loçuç Yatu“TODANYATU” İcma-əsaslı TəşkilatıKeniya

Karani FranklinLoyifam TəşkilatıKeniya

Cozef Ngaukon Açuqa“Ayok” multi İnkişaf Təşkilatı (AMDO)Keniya

Con AkinnubaEkologiya və İcma İnkişaf MərkəziNigeriya

Samuel Iro TomoroTUNETADKeniya

Kolins Mayor KinyuruPamoja TB groupKeniya

Cozef Kilonzo“BİSK” Gənclər təşkilatıKeniya




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor