» » Qapalı dövri iqtisadiyyatın Azərbaycan modelinin hazırlanması.

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / HADİSƏ

Qapalı dövri iqtisadiyyatın Azərbaycan modelinin hazırlanması.




“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Tullantıların idarə olunmasının yeni modeli - Qapalı dövri iqtisadiyyata keçid üzrə ictimai vəkillik” layihənin icrasıni icra edir.
Layihə çərçivəsində tullantıların idarə olunması, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin müdafiəsi, resurslardan səmərəli istifadə ilə əlaqədar mühüm instrument olan sirkulyar iqtisadiyyatın müxtəlif ölkələrdə yaradılması və inkişafının modelləri araşdırılmışdır. Araşdırılan dövri iqtisadiyyat modellərindən Azərbaycanda tətbiqinin mümkünlüyü olan bir sıra komponentlərin cəmi toplanmış, Azərbaycan üçün bir model hazırlanmışdır.
Hazırlanan dövri iqtisadiyyat modeli Azərbaycanda ekoloji problemlərin həlli üçün əsas meyarların toplusudur. Azərbaycan üçün təklif edilən model iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə istifadə edilməsini nəzərdə tutur.
Təklif olunan sirkulyar iqtisadiyyat modeli Azərbaycana imkan verəcəkdir ki,
ətraf mühitə həlledici təsir faktorları olan çirklənmə, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi ilə mübarizə etsin,
dayanıqlı istehsal və istehlak modelləri yaratmaq, iqlim dəyişkliyi ilə mübarizə aparmaq sahəsində BMT-nin dayanıqlı inkişaf göstəricilərini həyata keçirsin;
innovasiyanı və yeni işgüzar fəalllığı həvəsləndirsin.
Təklif edilən iqtisadiyyat modelinin Ermənistan Respublikasının işğalından azad edilmiş ərazilərdə uğurlu tətbiqi mümkündür və layihənin mütəxəssisləri hesab edir ki, Azərbaycan modelinin məhz azad olunmuş ərazilərdə sınağı Azərbaycan modelinin hazırlanması, tətbiqi və inkişafında mühüm mərhələ ola bilər.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor