» » "Dayaq" Təşkilatı, "Modern İnkişaf və Ailə" İctimai Birliyi ilə birgə tədbir keçirdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / HADİSƏ / HƏRBİ

"Dayaq" Təşkilatı, "Modern İnkişaf və Ailə" İctimai Birliyi ilə birgə tədbir keçirdi




     
"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 mart beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi. 








Tədbirdə "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının veteranlar şurasının üzvü Zərifə Quliyeva "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxışlarında tədbirin əsas mahiyyətinə diqqət çəkərək bildiriblər ki, 44 günlük  tarixi qələbə zəfərinin qazanılmasında canlarından fəda etmiş Şəhid anaları və onların həyat yoldaşlarına  8 mart beynəlxalq Qadınlar günü ərəfəsində bu cür mənəvi diqqət və təşəbbüslərlə çıxış etməyi özlərinə vətəndaşlıq borcu hesab ediblər. 
Birlik rəhbərləri onu da bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailəsinə göstərdiyi diqqət və qayğı  dövlət qurumları ilə yanaşı ictimai təşkilatlara da örnəkdir. 


Tədbirdə Millət vəkilləri Elman Nəsirov, Jalə Əliyeva, Aydın Mirzəzadə, Vüqar İsgəndərov, Aydın Hüseynov, Müşfiq Məmmədli, "Dayaq" Təşkilatının sədr müavini Məcid Məmmədov,"Müasir İnternet Resurslarının İnkişafı"İctimai Birliyinin sədri Zamin Zeynal, Vətəndaş cəmiyyəti təmsilçiləri, Şəhid ailələri fəal iştirak edərək çıxış ediblər. 


Çıxış edənlər deyiblər ki, dövlət başçısı, qalib Prezident İlham Əliyev tərəfindən Şəhid ailəri və qazilərlə bağlı həyata keçirilən bütün işlərə bu cür vətəndaş cəmiyyəti dəstəyinin göstərilməsi təqdirəlayiqdir. 
Natiqlər onu da qeyd ediblər ki, 8 mart beynəlxalq Qadınlar günü ərəfəsində  ölkəmizin həssas təbəqəsinə bu sayaq mənəvi dəstək təşəbbüslərinin olması davamlı olmalıdır. 
 Sonra tədbiribən bədii hissəsində incəsənət ustalarının ifasında milli vətənpərvər ruhda ifalar səsləndirildi.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor