» » Bərpa olunan enerji üzrə maarifləndirici görüş təşkil edilib

ƏSAS / ÜMUMİ

Bərpa olunan enerji üzrə maarifləndirici görüş təşkil edilib

Energetika Nazirliyi yanında İctimai şuranın təşəbbüsü ilə Bakı şəhəri, Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda görüş keçirilib.
Məktəbin direktoru Almaz Həsrət görüşün keçirilməsinin şagirlərin bərpa olunan enerji mənbələrindən istifadənin iqtisadi, ekoloji və sosial faydaları haqqında biliklərinin artırılması istiqamətində əhəmiyyətini vurğulayıb.
Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət açılış nitqində hər şeydən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhunu şad etmək üçün sayğı duruşu elan edib. Daha sonra o, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqına zəfər sevinci yaşatmış bütün Vətən oğul və qızlarına minnətdarlıq ifadə edib.
Bundan sonra sözügedən Şuranın sədri Şaban Nəsirov çıxış edib. O, tədbir iştirakçılarına görüşə gələn heyəti təqdim edib, Bərpa olunan enerjinın gələcəyin enerjisi olduğunu və Azərbaycanın bu yolda böyük perspektivlərinin olduğunu tədbir iştirakşılarının nəzərinə çatdırıb.
İctimai şuranın üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mədən yanacağı kimi istifadə edilməsinin ətraf mühitə vurduğu zıyanları barədə geniş məlumat verdi. O, çıxışında sənayenin inkişafının daha çox enerjiyə tələbatın yaranması bu da özlüyündə atmosferə atılan zərərli qazların həcminin artımına səbəb olmasını söylədi. Kimya alimi öz təqdimatında “istixana effekti” yaradan qazların mədən yanacaqları CO2 və digər istixana qazlarının artmasının əsas mənbəyi olduğunu vurğuladı. Planetimizin temperaturunun 1750-ci ildən artmasına və qlobal iqlim dəyişmələrinə səbəb olduğu bbarədə tədbir iştirakçılarını məlumatlandırdı.
İctimai şuranın katibi Samir Həsənov öz təqdimatında bərpa olunan enerji növləri və Azərbaycanda bu sahədə həyata keçirilən layihələr barədə geniş məlumat verdi. Təqdimatda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resusrlara qənaət barədə məlumatlar əks olunurdu.
İctimai şuranın müavini Mehriban Abdullayeva Energetika Nazirliyi tərəfindən həyata keçirilən bərpa olunan enerji layihələri barədə eləcədə ictimai şuranın yaşıl enerji sahəsinin inkişafı üzrə apardığı təbliğat və maarifləndirmə işlərini diqqətə çatdırdı. Şagirdlərin vətənpərvər ruhda böyümələrini və təhsillin Azərbaycanın daha da sürətli inkişafına səbəb olacağını söylədi.
Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov isə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətdə Azərbaycanda görülən işlərdən bəhs edib, bu sahədə həyata keçirilən layihələr, prioritetlər və gələcək hədəflər barədə məlumat verib. Tədbirin sonunda şagirdlərlə interaktiv sual-cavab təşkil edildi.  Suallara tez və düzgün cavablandıran şagirdlər məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət tərəfindən mükafatlandırıldı.
Tədbirin sonunda Şuranın sədri Şaban Nəsirov məktəbin kollektivinə və şagirdlərə tədbirin təşkilinə və iştiraka görə ictimai şura adından təşəkkürünü bildirdi.
Əməkdar müəllim Almaz Həsrət Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq məktəbin həyətində gül kollarının əkilməsi nəzərdə tutulduğunu məktəbin kollektivini və ictimai şuranın üzvlərini bu aksiyaya dəvət etdi.  Şəhid Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin həyətində ictimai şura üzvləri və məktəbin kollektivi bərabər gül kollarının əkilməsi aksiyası təşkil edildi.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor