» » FHN Hirkandakı yanğınla bağlı daha bir məlumat yaydı - Video

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

FHN Hirkandakı yanğınla bağlı daha bir məlumat yaydı - Video




Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. 
FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

       
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor