» » Azərbaycanda peyvənd ilk növbədə bu şəxslərə vurulacaq - SİYAHI

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Azərbaycanda peyvənd ilk növbədə bu şəxslərə vurulacaq - SİYAHI



Azərbaycanda koronavirusa qarşı ilkin mərhələdə kimlərin peyvəndlənəcəyi müəyyənləşib. DİQQƏT.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb. Belə ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır: 1-ci mərhələdə Səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət. 2-ci mərhələdə Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ,  şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və  daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər; Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi  yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat  sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt  sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun  birbaşa əhali ilə təmasda olan hissəsi; Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün  həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik,  ədliyyə, maliyyə və s.) şəxslər.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor