» » Azərbaycan indiyədək 64 əsiri Ermənistana QAYTARIB

ƏSAS

Azərbaycan indiyədək 64 əsiri Ermənistana QAYTARIB

Ermənistan tərəfi Qarabağ müharibəsini sonlandıran 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının imzalanmasından indiyə kimi Azərbaycanın 64 hərbi əsir və mülki şəxsi geri qaytardığını bildirib.
 Onder.tv Modern.az a istinaden  xəbər verir ki, Ermənistandakı qeyri-rəsmi təşkilatlar Azərbaycanda hələ 100-ə yaxın erməni döyüşçünün əsir kimi saxlanıldığını iddia ediblər.
Aydındır ki, onlar Azərbaycanın Xocavənd rayonunda saxlanılan 62 diversantı da bura əlavə edirlər. Baxmayaraq ki, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, həmin diversantlar üçtərəfli atəşkəs bəyanatının imzalanmasından təxribat törətməyə gəlmiş terrorçulardı.
Ermənistanın dövlət rəsmiləri isə Azərbaycanda saxlanılan hərbi əsirlərin, müharibədə ölən, yaralanan və itkin düşənlərin ümumi sayını hələ ki gizlətməkdə davam edir. Ermənistanın qeyri-hökumət təşkilatlafrı bunu əhalinin qəzəbindən qorxub çəkinmək kimi qiymətləndirirlər…
Xatırladaq ki, əsirlərin sonuncu dəyişdirilməsi ötən gecə həyata keçirilib.
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin vasitəçiliyə baş tutan mübadilə nəticəsində 1 azərbaycanlı əsir Ermənistandan Bakıya, 5 erməni əsir isə Azərbaycandan İrəvana çatdırılıb.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor