» » Ermənistan prezidenti Qasparyanla görüşdü

ƏSAS

Ermənistan prezidenti Qasparyanla görüşdü

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş qərargahında olub.
“Onder.tv Qafqazinfo ya istinadən ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Sarkisyan Baş qərargah rəisi Onik Qasparyanla görüşüb.
Bundan əvvəl isə Sarkisyan parlament sədri Ararat Mirzoyanla, parlament qruplarının rəhbərlərilə, müxalifətdəki "Vətənin xilası hərəkatı”nın rəhbəri Vazgen Manukyanla, onun həmkarları Artur Vanetsyan və Vahram Bağdasaryanla da görüşüb.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad etmiş, sonuncu isə Paşinyanın istefasını tələb etmişdi. Erməni Baş nazir bunu çevriliş cəhdi adlandıraraq tərəfdarlarını Respublika meydanına çağırmışdı. 




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor