» » ATXƏM sədri İlham İsmayılov: "Bu gün diaspor təşkilatlarımız arasında narazılıqlar, məhz buna görə pik həddə çatıb"

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

ATXƏM sədri İlham İsmayılov: "Bu gün diaspor təşkilatlarımız arasında narazılıqlar, məhz buna görə pik həddə çatıb"

Bir neçə gün əvvəl Diaspora ilə iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xarici ölkələrdə yaşayan diaspor nümayəndələrinin Şuşaya səfəri təşkil olunub.
Bir növ cəmiyyətdən gizli şəkildə saxlanılmağa çalışılan həmin səfərdə 24 ölkədən 72 nümayəndə iştirak edib.
Bu vaxtadək Şuşaya bütün təbəqələrdən olan insanların səfərləri mətbuatda geniş işlqlandırılsa da, diaspor nümayənələrinin səfərləri qapalı saxlanılmağa çalışılıb, hətta bizdə olan məlumata görə orada iştirak edən nümayəndələrə bu səfərlə bağlı mümkün olduğu qədər az paylaşım etmək tapşırılıb.
Uzun illər Azərbaycanda diaspor sahəsində fəaiyyət göstərən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, bir təşkilat olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin bu səfəri təşkil etməsini yalnlz sonradan ayrı-ayrı diaspor nümayəndələrindən öyrənmişik: "Komitə, guya diaspor nümayəndələrinin ölkədə olduğundan istifadə edərək, onların səfərini təşkil etdiyini bildirsə də, bizdə olan məlumata görə, onlar Azərbaycana, məhz Komitə tərəfindən dəvət olunublar. Bu səfər əvvəlcədən planlaşdırılıb, diaspor nümayəndələri dəvət olunub. Bu səfərin geniş yayılmamasının səbəbi isə, narazılıqların olacağını bildikləri üçün qapalı saxlamağa cəhd ediblər".
İlham İsmayılov bildirib ki, uzun illər Azərbaycan həqiqətlərini Avropanın siyasi mərkəzlərində təbliğ edən, mübarizə aparan, Xocalı soyqlrımının tanıdılması üçün mücadilə edən əsas diaspor nümayəndələrimiz Şuşa səfərinə dəvət olunmayıb: "Çox təəssüf edirəm ki, Avropa məkanında uzun illər milli maraqlarımızı sistemli şəkildə müdafiə edən, heç bir mənafe güdmədən öz şəxsi hesablarına Azərbaycan həqiqətlərini təbliğ edən Avropa Azərbaycanlılar Konqresinin prezidenti - Sahil Qasımov,
Azerbaycan Belcika Dostluk Cemiyetinin sədri - Ayhan Dəmirçi, Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin başqanı - İlhan Aşkın, Strasburq Azərbaycan Evinin Başkanı - Mustafa Əlincə, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədri - Səfər Qaraqoyunlu, Finlandiya Azərbaycanlı Qadınlar cəmiyyətinin sədri - Arzu Oqtay, İtaliya "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədr - Mais Nuriyev, Brabant Əyaləti Azərbaycanlıları Məclisinin rəhbəri - Ofelya Babayeva, Belarusya “Azərbaycan İcmaları Konqresi“nin rəhbəri“ - Natiq Bağırov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri - Rövşən Tağıyev, Benelüks Azərbaycanlıları Konqresinin sədri - Elsevər Məmmədov, Finlandiya Azərbaycanlıları Asossiyasının sədri -Vasif Muradlı və bir çox diaspor nümayəndəmiz Şuşa səfərinə dəvət olunmayıb. Ümumiyyətlə, deyə bilərəm ki, bu insanların çoxu Fuad Muradovun Komitəyə rəhbərliyi dönəmində soyuq münasibətə məruz qalıblar. Bu gün Komitə özünə uyğun, öz maraqları çərçivəsində yenidən diaspora vizyonu çizmək istəyir. Lakin xidməti olan insanların, diaspor nümayəndələrinin xidmətlərini görməzdən gəlmək ümumi işimizə zərər verir. Bu gün diaspor təşkilatlarımız arasında narazılıqlar məhz buna görə artıq pik həddə çatıb".
İlham İsmayılov vacib bir məqama diqqət çəkərək, bildirib ki, Azərbaycan prezidenti 2007-ildən başlayaraq, hücum diplomatiyasını irəli sürdü və Azərbaycan - Türk diaspor təşkilatkarının birliyinin vacibliyini qeyd etdi: "Hətta bu yaxınlarda Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyein Şuşada birgə imzaladıqları Şuşa bəyannaməsində də diaspor təşkilatlarımızın konsalidasiyalı şəkildə birgə fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunurdu. Amma təəssüf hissilə bildirirəm ki, Komitənin Türk diasporlala əməkdaşlından danışa bilmərik. Eyni zamanda xaricdə bizim diaspor təşkilatlarımızın içərisində Türkiyədən olan soydaşlarımız da var. Onların iddiasına görə Komitə sədri həm də onlara qarşı laqeyd münasibət sərgiləyir. Əlbəttə, bu qəbuledilməzdir və ümid edirəm ki, Fuad Muradov bu cür ittihamların olmaması üçün fəaliyyətində dönüş yaradacaq".
Züleyxa
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor