» » “Ləziz” bu dəfə zəhər saçdı:“Yararlılıq müddəti bitmiş yağlar, sulu maya və...”

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Ləziz” bu dəfə zəhər saçdı:“Yararlılıq müddəti bitmiş yağlar, sulu maya və...”

Gəncə şəhəri, Zərrabi küçəsi 53 ünvanında fəaliyyət göstərən “Ləziz” şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, ilkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi məlum olub. 


Həmçinin müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddətdən bəri təmizlik işlərinin aparılmadığı aşkarlanıb. Yoxlama zamanı müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmədiyi, məhsulların hazırlanmasında yararlılıq müddəti bitmiş yağlardan, sulu mayadan, qaymaqdan, krem tozundan istifadə edildiyi, satışa çıxarılan məhsulların üzərində etiket məlumatlarının qeyd olunmadığı, işçilərin xüsusi geyim formaları ilə təmin edilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.



İstehsalı müəssisəsindəki yoxlamalara münasibət bildirən Azad İstehlakçılar Birliyinin  (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a söyləyib ki, biznes qurumları istehlakçıların hüquqlarına qətiyyən məhəl qoymurlar:


“Dövlətin siyasətindən tam yaralanaraq bu cür sexlər fəaliyyət göstərir. Yəni dövlət əslində onlar üçün rahat bir şərait yaradıb. Lakin müəssisə sahibləri dövlətin yaratdığı həmin şəraitdən sui-istifadə edirlər. Belə müəssisələrin mövcud olmasında AİB- in, mənim, həmçinin Gəncə şəhər şöbəsindən Tahir Paşayevin də günahı var ki, deməli, biz ictimai nəzarəti mükəmməl yerinə yetirə bilmirik. Təəssüf ki, belə hallar dəryada bir damladır. Çox yerdə belə sexlər mövcuddur. Düşünürəm ki,  AQTA - nın hər bir işçisi məsələ ilə bağlı kömək etməlidir. Müəssisələrdə belə qanunsuzluqlar istənilən peşə sahibi olan vətəndaşın gözü qarşısında baş verir.
  Təklif edirəm ki, bu kimi analoji hallar baş verdikdə AQTA-ya məlumat versinlər ki, belə özbaşınalıqlar aradan qaldırılsın. Belə problemlər  qanunlardakı boşluqlardan, hökümətin birtərəfli siyasəti və istehlakçı hüquqlarının nəzərə alınmamasından qaynaqlanır”.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor