» » “Məhkəmə hakimiyyətində qadınlar fəal təmsil olunurlar” - AÇIQLAMA

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

“Məhkəmə hakimiyyətində qadınlar fəal təmsil olunurlar” - AÇIQLAMA

Mətbuatda Azərbaycanda qadın məhkəmə sədrlərinin olmadığına dair bir sıra məlumatlar dərc olunub. Həmin məlumatlar sosial şəbəkələrdə kifayət qədər müzakirə edilib. 


Bir çox qurumlarda qadınlar müxtəlif vəzifələrə təyin edilir. Bu da cəmiyyətdə qadınların heç də vəzifə və idarəçilik baxımından kişilərdən geri qalmadığının əyani sübutudur.


Bəs görəsən doğrudan da məhkəmə-hüquq sistemində sədr vəzifəsində olan xanımların sayı azdır?


Mövzu ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusunu cavablandıran Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, ölkədə məhkəmə hakimiyyətinin dərin biliklərə və yüksək mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsinə xüsusi diqqət yetirilir:


“Bu zaman gənclərin, qadınların məhkəmə hakimiyyətində təmsil olunmasına böyük önəm verilir. Lakin əfsuslar olsun ki, hakim olmaq istəyənlərin sırasında qadınların sayı son zamanlaradək azlıq təşkil edirdi. Ola bilər ki, bu da onların hüquqşünaslıq ixtisasını seçməkdə o qədər maraqlı olmadıqlarından irəli gəlirdi. Hazırda məhkəmə sistemində 17 faiz, başqa sözlə, hər 5-6 hakimdən biri qadındır və onların sayının get-gedə artması müşahidə olunur. Statistikaya nəzər yetirsək görərik ki, bu ilin əvvəlində yeni təyinat alan hakimlərin 40 faizdən çoxu qadınlar olub. Bildiyiniz kimi, hakimlərin seçimi davamlı xarakter alıb və hazırda müsabiqənin sonuncu mərhələsində olan namizədlərin tərkibində qadınlar 60 faiz təşkil edir və bu tendensiya davam etməkdədir. Ümid edirik ki, yeni namizəd qadınlar yüksək bilik nümayiş etdirərək uğur qazanacaq və şərəfli hakim adına layiq görüləcəklər.


Qadın hakimlərimizin məhkəmə hakimiyyətinin yuxarı instansiyalarına təyin olunması, onların rəhbər vəzifələrdə təmsilçiyi də daim diqqətdə saxlanılır. Heç də təsadüfi deyil ki, bu gün 18 qadın hakim Ali və Apellyasiya məhkəmələrində təmsil olunur. O cümlədən həmin məhkəmələrdə rəhbər vəzifə olan kollegiya sədri vəzifəsində çalışırlar. Bu yaxınlaradək Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədr müavini qadın olub, sonuncu Ali Məhkəməyə irəli çəkilib. Həmçinin birinci instansiya məhkəmələrində də daim qadın sədr olub və bu gün də var. Ona görə də bununla bağlı səslənən fikir dəqiq deyil. Lakin məhkəmə sistemində daim rotasiya aparıldığından onların sayının artması gözlənilir. Xatırlatmaq istərdim ki, ölkə prezidentinin iki gün öncə imzaladığı sərəncamı ilə təyinat almış hakimlərin 30 faizini, fəaliyyətlərində fərqlənərək apellyasiya məhkəmələrinə irəli çəkilməsi təklif olunmuş hakimlərin isə 40 faizə qədərini qadınlar təşkil edir. Bütün bunlar onu göstərir ki, bu gün cəmiyyətimizdə, ölkənin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində qadınların rolu artır, onlar hakimiyyətin hər üç qolunda, o cümlədən məhkəmə hakimiyyətində fəal təmsil olunurlar”.


Könül Cəfərli
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor