» » “Oxuyaq, öyrənək, öyrədək” layihəsi çərçivəsində ADPU-da tədbir keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Oxuyaq, öyrənək, öyrədək” layihəsi çərçivəsində ADPU-da tədbir keçirilib

“Müasir İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oxuyaq, öyrənək, öyrədək” layihəsinin növbəti tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) keçirilib. ADPU-nun Filologiya fakülətinin professor-müəllim heyətinin və tələbələrinin, AMEA əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edənlər mütaliə mövzusunda fikirlərini bildirib, tələbələrə oxuma vərdişlərinə dair maraqlı tövsiyələr veriblər.
ADPU-nun prorektoru, professor Mahirə Hüseynova tədbiri giriş sözü ilə açaraq, mütaliənin əhəmiyyəti, oxunun insana faydalarından qısa şəkildə bəhs edib.
Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü təmsil etdiyi təşkilatın layihə çərçivəsində gördüyü işlərdən, keçirilən tədbirlərdən, çap edilmiş maarifləndirici bukletdən və yaxın günlərdə çap ediləcək kitabdan danışıb. Onun sözlərinə görə layihənin icrası, bu çərçivəsədə görülən işlər kitab mütaliəsinə cəmiyyətdə marağı artıra biləcək məqamlardandır. M.Göyüşlü Azərbaycan dövlətinin müxtəlif qurumlarının bu sahədə gördüyü faydalı işlərdən də danışıb.
AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, Dövlət Mükafatı laureatı Hacı Həsənov ADPU-nun daim ziyalıların cəmləşdiyi bir ünvan olduğunu qeyd edib. O, gənclərə müraciət edərək onlara mütaliənin əhəmiyyətindən bəhs edib. H.Həsənov gələcəyə inamla, ümidlə, qətiyyətlə getmək üçün oxunun, kitabdan əldə edilən informasiyanın mühüm olduğunu söyləyib.
ADPU-nun Filologiya fakültəsinin dosenti Yeganə Qəhrəmanova elmli, oxumuş insanların cəmiyyətə verdiyi faydalardan söz açıb. O, milli-mənəvəi dəyərlərə və bəşəri dəyərlərə sadiq gənclər yetişdirməyin əhəmiyyətindən danışıb. Dosent Y.Qəhrəmanova elmlə bağlı müxtəlif misallar, nümunələr sadalayıb, türk mədəniyyətinin kitab sahəsində böyük ənənəyə malik olduğunu vurğulayıb.
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılov elm haqqında, mütaliə barəsində alimlərdən, ictimai və mədəniyyət xadimlərindən sitatlar səsləndirib. Azərbaycanda XX əsrin əvvəllərindəki maarifçilik hərəkatından söz açan M.Cəbrayılov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından danışıb. O, tələbələrə müracət edərək nəyi, necə oxumağı müəyyənləşdirməyin əhəmiyyətini vurğulayıb.
ADPU-nun Filologiya fakültəsinin müəllimi Gülnar Muxtarzadə müasir texnologiyaların oxuya marağı azaltdığını vurğulayıb. O, bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirildiyini açıqlayıb. Sonda G.Muxtarzadə oxu texnologiyası, onun müxtəlif növləri barədə ətraflı çıxış edib.
ADPU-nun Filologiya fakültəsinin dekan müavini, dosent Pəri Paşayeva, Filologiya fakültəsinin dosenti Elşad Abışov oxunun faydaları, bədii ədəbiyyatı mütaliə etməyin əhəmiyyəti, kitabın verdiyi faydalar haqqında danışıblar.
Sonda bu formatda tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti qeyd olunub.


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor