» » Agentliyin Müşahidə Şurasının üzvü münasibət bildirdi.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Agentliyin Müşahidə Şurasının üzvü münasibət bildirdi.

"Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədri Aynur Camalqızı tərəfindən Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qarşı səsləndirilən iradlara və ittihamlara Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov özünün Facebook hesabında münasibət bildiririb. 

Hörmətli Aynur xanım, mən Agentliyin Müşahidə Şurasının üzvlərinin və əməkdaşlarının öz fəaliyyətlərində su qədər şəffaf olmalarına əminəm. Lakin, bu o demək deyil ki, burada kimsə səhv etməz və yaxud edə bilməz. Sizin də qeyd etdiyiniz kimi iş varsa səhvlər də, yanlışlıqlar da olacaq. Biz Agentlik olaraq hər zaman sağlam, haqqlı və qərəzsiz tənqidlərə açıq olmuşuq, bundan sonra da bu belə olacaq. 

Agentlik yaradılanda ona qarşı məqsədli və çirkin hücumlar oldu.  O zaman hələ fəaliyyət yox idi, qurum yeni yaranmışdı, rəhbər heyətə yeni tərkibdə insanlar təyin olunmuşdu, dövlət başçımız bu sahədə islahatları zəruri hesab edirdi. Yəni, hər hansı tənqid üçün səbəb sadəcə yox idi. Amma, bütün bunlara baxmayaraq tənqidlər və ittihamlar səngimirdi... 
Hücumların ikinci dalğası müsabiqə gecikən dövrdə başladı, baxmayaraq ki, prosesin gecikməsi Agentlikdən asılı deyildi və biz o zaman bunu mətbuatda da, sosial şəbəkələrdə də açıq şəkildə deyirdik və müsabiqənin baş tutması üçün mümkün olan hər şeyi edirdik. Nəhayət, ölkə rəhbərinin iradəsi ilə müvafiq sənəd- müvəqqəti qaydalar təsdiq edildi və biz qısa müddətdə şəffaf bir müsabiqə reallaşdıra bildik.
“Şuşa İli” ilə bağlı qrant müsabiqəsinin nəticəsi elan edildikdən sonra həmin qrup yenidən peyda oldu. Fərqli insanları birləşdirən “narazılıq”, bir-birilərinin paylaşım və rəylərinə “like” qoymaq istəyi kənardan çılpaqlığı ilə özünü göstərir. Özünə media nümayəndəsi deyərək faktiki reketliklə məşğul olanlar, əlləri məmurların və deputatların cibində olan kəmfürsətlər isə sanki həvəslə bu “tənqidləri” paylaşmaq və bəyənmək yarışına keçiblər. Azərbaycan vətəndaş cəmiyyəti mühiti mənəvi və intellektual inkişaf şkalasının fərqli səviyyələrini təmsil edən, ən müxtəlif maraq və ambisiyaların daşıyıcısı olan insanlardan ibarətdir. Bu rəngarəng çoxluqda kimlər yoxdur ki: - fədakarlar, ziyalılar, düşüncə sahibləri, vətənpərvərlər, bədxahlar, fürsətcillər, riyakarlar və s. Siz özünüz də kifayət qədər təcrübəli insansınız və bəlli paylaşımlarınıza yuxarıda qeyd etdiyim çoxluqdakı siyahının ən sonunda gələnlərin məqsədli şəkildə “like” qoymalarının yəqin ki, fərqində olmamış deyilsiniz. 

Hörmətli Aynur xanım, “qurumun mayası əvvəldən belə yoğrulub” yazırsınız. Sizin rəhbəri olduğunuz "Qadın Konsensus Mərkəzi" İctimai Birliyi 2009-2020-ci illər ərzində bu qurumdan 86550 manat, 2021-ci ildə isə 9000 manat qrant almışdır. İndiyədək hansı qanunsuzluqla rastalşmısınız? İradınız nə olub? Nə sizi qane etməyib? İncikliyinizə səbəb nə olub və nədir?

“Şuşa İli” ilə bağlı qrant müsabiqəsinin qiymətləndirməsinə Heydər Əliyev Fondunun Regionların İnkişafı İctimai Birliyinin təcrübəli, savadlı və peşəkar ekspertlərini cəlb etmişdik. Müsabiqənin nəticələrini Müşahidə Şurasının üzvləri olaraq biz təsdiq etmişik və  arxasında əxlaq, fərdi vicdan, daxili azadlıq, səmimi dövlətçilik və ədalət hisslərinin və ən nəhayət, ali etimadın dayandığı şəxsi məsuliyyətimizin fərqindəyik!

Sizin hədəf götürdüyünüz və statusunda “səhv” tutaraq dövlət ərkanını pozmaqda ittiham etdiyiniz şəxs Agentlikdə qərarverici şəxs deyil, icraya məsul şəxsdir. Onun dövlət ərkanına malik olmasını isə savadı, bacarığı, qabiliyyəti, stabil və prinsipial siyasi mövqeyə malik olması səbəbilə ilə gənc yaşlarından Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatından başlayan peşəkar fəaliyyəti bir daha göstərir. Malik olduğu bütün statuslarda bu gənc xanım hər zaman prezidentinin yanında olub və biz onu Agentlikdə vəzifəyə təyin edəndə həm də bu amili dəyərləndirmişik. Çünki, vəzifə statusundan daha vacib əqidə statusudur...

Və sonda...
Tanrıya şükranlarla başlayan “Şuşa bizimdir və bu statusu Şuşanın təmiz havasını udub, əsrarəngiz gözəlliyini seyr edərək yazıram və bir daha əmin oluram ki, əzəli hisslər gəldi-gedərdi, əbədi dəyərləri qorumaq lazımdır…” ifadəsində əda və hikkə axtarmaq, insanları yersiz ittiham etmək... 

Məncə lazım deyil. Və yaraşmır da.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor