» » Uşaq evində böyüyən şəhidimiz Səbuhi və qardaşı Sənanla bağlı yeni xəbərlər paylaşılıb. Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu facebook səhifəsində yazır:

ƏSAS / ÜMUMİ

Uşaq evində böyüyən şəhidimiz Səbuhi və qardaşı Sənanla bağlı yeni xəbərlər paylaşılıb. Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu facebook səhifəsində yazır:

Öncə qeyd edim ki, yas mərasimi zamanı dəftər qoyub siyahı tutan, kart hesabı açıb Sənandan xəbərsiz pul yığan, instaqramda, tiktokda canlı yayım açıb "şəhidin qardaşına veriləcək" deyərək hədiyyə alan, ondan-bundan şəhid ailəsinin adıyla pul qopardan yas təşkilatçıları, restoranda, kafedə yeyib-içməkdən çıxandan sonra gecə saat 3-4-də başsağlığına gələnlərin heç biri indi ortalıqda yoxdur. Yığdıqlarını yığdılar, özlərini yasda reklam etdilər, indi heç şəhid yada düşmür. 


Elyar İslamoğlu şəhid Səbuhinin qardaşı Sənandan öz çirkin niyyətləri üçün istifadə etmək istəyənlərdən də bəhs edib:


"Sənanı xaricdən maliyələşən dini qruplar ələ almağa çalışırdı. Hansıki həmin dini qruplar dövlətin əleyhinə işlər aparır, onlara qrant verən xarici ölkəni müdafiə edirlər. 
Sənanı bəzi radikal qruplar pulla ələ almağa çalışırdı, baş verənləri və dövlət əleyhinə danışması üçün çox böyük məbləğdə pullar təklif edilirdi.
Sənan ölkəmiz, dövlətimiz üçün davamlı təxribat edən bir neçə canlı yayıma dəvət olunurdu, müsahibələr verməsi üçün təkid edilirdi.
Sənana zəng edənlər olmuşdu ki, gedək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşaq, vurub-dağıdaq.
Sənan yeganə ailə üzvü olan qardaşının itkisi ilə barışmadığı və özünə qarşı baş verənlərin dözülməzliyindən bezərək iki dəfə intihara cəhd etdi."


Biz dövlətimizi mandat, vəzifə, ev, mükafat, fəxri fərman, medal üçün sevmirik, bizim sevgimiz təmənnasızdır. Dövlətini təmənnasız sevənlər Sənana bütün bu təxribatlardan da üzüağ çıxmağa kömək etməliydi və biz vətəndaşlıq borcumuzu yerinə yetirərək bunu etdik.


Elyar İslamoğlu sonra qeyd edir ki, dostlarımızla birlikdə Sənanla tez-tez görüşdük, onu stress vəziyyətindən çıxartdıq, intihar fikrindən daşındırdıq. Şəhid ailələri ilə tanış etdik, ailələrə ziyarətə, şəhidlərlə bağlı tədbirlərə apardıq. Qəhrəman generalımız Polad Paşanın ailəsi Sənanı qonaq etdi, Səmayə ana öz doğma balası kimi qayğı göstərdi, ona təskinlik verdi. 


Sənanın şəhid ailələri üçün nəzərdə tutulan imtiyaz və güzəştləri alması üçün sənədlərin hazırlanmasında, maariflənməsində dəstək olduq. Ramil Aliyev ilə birlikdə bəzən gecə saat 4-ə kimi Sənanın yanında olduq, ondan kimlərinsə sui-istifadə etməsinin qarşısını aldıq. Bütün bunları kimdənsə "sağol" və ya "təşəkkür" almaq üçün etmədik, şəhid qardaşına, şəhidə olan mənəvi borcumuzu yerinə yetirdik.


Artıq hər şey yaxşılığa doğru gedir. 
Sənana şəhid qardaşının sığorta pulu, dəfn pulu və Heydər Əliyev fondundan yardım verilib. Sənan və Səbuhinin bank borcları bağlanıb. Hərbi hissəylə danışmışam, "Forma pulu" və Səbuhinin qalıq maaş, məzuniyyət pulunun verilməsilə bağlı sənədlər hazırlanır. Yas mərasimi zamanı tiktoker və bloqerlərin topladığı pullar onlardan geri alınaraq Sənana verildi. Bir dostumuz kirayə puluna kömək edir. 
Hazırda Sənanın ev və iş problemi qalır. Ev məsələsi də yəqinki tezliklə həll ediləcək. Sənan "Kontakt Home"un anbarında fəhlə işləyir. Ümid edirəm ki, ona uyğun normal bir işlə də təmin ediləcək.


Sonda Elyar İslamoğlu göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, YAŞAT Fonduna, ASAN Xidmətə təşəkkür edib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor