» » İqdır Aralıq Bələdiyyəsinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub

ƏSAS / ÖLKƏDƏ

İqdır Aralıq Bələdiyyəsinin rəhbəri Mərkəzi Elmi Kitabxanada olub


Azərbaycanda səfərdə olan İqdır Aralıq Bələdiyyəsinin başqanı, Ədalət və İnkişaf Partiyasının tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti Türk Ağsaqqalları Birliyinin (TAİB) İdarə Heyətinin təmsilçiləri və “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri ilə birgə AMEA Mərkəzi Elmi Kitabxanasında olublar.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, görüşdə MEK-in baş direktoru professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın tarixi, fondu, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Qonaqlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar. Professor Məmməd Əliyev burada toplanan nəşrlər, məlumat bazaları, eləcə də hər bir guşəsi haqqında ətraflı məlumat verib.
Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində olarkən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən nəşrlər qonaqların xüsusi marağına səbəb olub. Fondda toplanan kitablarla bağlı fikir mübadiləsi də aparılıb. Daha sonra Nadir kitablar və qiymətli nəşrlər fondunda olan qonaqlara burada qorunan ən qədim nəşrlər, miniatür kitablar nümayiş edilib.
Söhbət zamanı qonaqlar MEK-də yaradılan şəraiti yüksək qiymətləndiriblər.



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor