» » “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “İşğaldan azad edilən ərazilərin məşğulluq və biznes potensialı: “Böyük Qayıdış”ın əsası kimi” mövzusunda müzakirə-dinləmə keçirilmişdir.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətininİctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət  Teymurov, Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi Elsevər Əsgərov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Səid Abbasov, Dövlət Məşğulluq Agentliyinin Sabunçu rayon şöbəsindən Elmurad Məmmədov və Sabunçu rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər və onların övladları iştirak etmişdir. 
Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin ölkə rəhbərinin tapşırığı əsasında, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı “Böyük Qayıdış”ın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı və Tədbirlər Planı hazırlandığını qeyd etdi. Ümumilikdə Daimi məskunlaşdırma prosesi nə qədər vaxt alacaq? Əmək bazarında əsasən hansı peşələrə tələb yaranacaq? Dövlətin bölgənin orta və uzunmüddətli inkişafnı necə görür və nələr planlaşdırılır? Özəl sektorun əraziyə daxil olması ilə bərpa prosesi paralellik təşkil edəcəkmi? bu və digər sualları cavablandırdı.  
Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək, bizdəki bu günə qədər yanaşmanın dəyişilməsini və buna görə də Qarabağla bağlı gələcək planlar hazırlanarkən, kənd təsərrüfatının diqqət mərkəzində axlanmasını tövsiyyə etdi. 
Tədbirə dəvət olunmuş Sabunçu rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət  Teymurov, Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi Elsevər Əsgərov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Səid Abbasov, Dövlət Məşğulluq Agentliyinin Sabunçu rayon şöbəsindən Elmurad Məmmədov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi. 
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. 









Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor