» » Bakı Neft-Energetika Kolecində “Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi” mövzusunda elmi nəzəri praktik konfrans keçirib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Bakı Neft-Energetika Kolecində “Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi” mövzusunda elmi nəzəri praktik konfrans keçirib

Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi
Gənc Vətənpərvərlər  İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər  və İdman Nazirliyin  maliyyə
dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi “adlı layihə çərçivəsində Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolecində “Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.   Tədbir Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda
həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik skutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə acan
AzərbaycanıDövlət  Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolecin direktor müavini Hüseyin Hüseyinov tədbir iştirakçılarını salamladı və Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb.
O,qeyd edib ki. hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində
AXC-nin bayrağının qaldırıldığını xatırladan natiq bununla da üçrəngli bayrağımızın yenidən həyata vəsiqə qazandığını deyib.
Layihə rəhbəri Müqamət Əliyev qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu
dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü qədim türk dilinə aid "batrak” sözünün deformasiya olunmuş formasıdır.
Konfransda çıxış edənlər  Neft-Energetika şöbəsinin müdiri Nağıyeva Zəminə , – İngilis dili müəlliməsi Quliyeva Günel ,Ekologiya fənni üzrə müəlliməsi  Novruzova Aydan və Kolecin tələbələri Çəfərov Uğur, Novruzova Aydan ,Məmmədov Ülfət  və digərləri  mövzu ilə bağlı məruzə edib.
Qeyd olunub ki, Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb.
Konfransda  digər çıxış edənlər Azərbaycan Dövlət Rəmzlərin və vətənpərvərlk mövzusunda danışaraq
bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar
Layihə iştirakçıları əsasən  gənclərdən ibarət olub.
Tədbirin sonunda Azərbaycan atributları ilə bağlı vidio carh nümayiş etdirildi . layihə çərçivəsində Gənlər və İdman Nazirliyin  və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet, bayraq, Sertifikat,tibb ləvazimatları , Heydər Əliyevin əksi olunmuş döş nişanı,təqvim və dəftərxana ləvazimatları paylanılıb.
Konfrasın sonunda tədbir Kolecin idman zalında davam etdirildi
Tədbirdə ,Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, Kolecin müəllim heyyəti, tələbələr və digər qonaqlar iştirak edib










Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor