» Gəncədə Milli QHT Forumunun regional forumu keçirilir

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ

Gəncədə Milli QHT Forumunun regional forumu keçirilir












Bu gün Azərbaycan Milli QHT Forumunun Gəncə şəhərində regional forumu keçirilir.
QHT təmsilçilərinin son illərdəki uğurlu fəaliyyətindən bəhs edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyəti ölkəmizin bütün sahələrində fəallıq nümayiş etdirir və sevindirici haldır ki, icra etdikləri layihələr müsbət nəticələri ilə seçilir. 
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev bildirib ki, ötən 20 ildə aparılan dövlət siyasətinin nəticəsidir ki, gənclərimizin uğurları hər sahədə artır. 
Gəncə Regional Qadın Mərkəzinin sədri  Məleykə Əlizadə, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsayeva, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev də çıxış edərək vətəndaş cəmiyyəti institutlarının önəmli fəaliyyətlərindən danışıblar.
Qeyd edək ki, AMQF-nin regional forumları yanvarın 8-dək davam edəcək. Növbəti regional forum 2024-cü il yanvarın 8-də Naxçıvanda olacaq. Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor