» Məişət zorakılığından zərərçəkmişlərə hüquqi xidmət göstərilir

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / HADİSƏ

Məişət zorakılığından zərərçəkmişlərə hüquqi xidmət göstərilir

   


               Məişət zorakılığı cəmiyyətin normal inkişafına mane olan fenomenal bir problemdir. Bütün dünyada olduğu kimi  bizim ölkəmizdə də  məişət zorakılığı ailə təsisatlarına mənfi  təsir göstərən dağıdıcı amillərdən biridir.  Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, həyatlarında ən azı bir dəfə partnyoru tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalmış qadınların ümumi sayı dünya üzrə 736 milyondan çoxdur. 
                 Bu kimi problemləri nəzərə alaraq “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət  zorakılığına məruz qalmış ailələrə hüquqi xidmət”  adlı layihəni  icra etməyə başlayıb.  Layihə 1 iyun  tarixindən start götürüb,  icra müddəti 3 aydır. Layihənin həyata keçiriləcəyi çoğrafi ərazi Neftçala, Lənkəran,  Masallı, Cəlilabad və  Lerik rayonlarıdır. 
                Layihənin əsas məqsədi məişət  zorakılığına məruz qalmış ailələrə hüquqi xidmət göstərməkdir. İB-in sədri Xanım Əhmədzadə layihə haqqında məlumat verərək bildirib ki,   uzun illərin təcrübəsi belə qənaətə gəlməyə zəmin yaradır ki, məişət  zorakılığına məruz qalmış,  zərər çəkmiş şəxslərlə birbaşa individual yanaşma və ünsiyyət olmadan, münaqişəli ailənin üzvlərini  ayrı-ayrılıqda dinləyib, problemlərin və mübahisələrin səbəblərini araşdırmadan, imkan daxilində ailənin özəl problemlərini bilmədən məişət zorakılığının qarşısını almaq mümkün deyil. Ən xoşagəlməz tendensiya isə hər iki tərəfin günahkar axtarışına çıxmasıdır. Heç bir tərəf özünün təqsirini, günahını, səhv cəhətlərini etiraf etmək istəmir. Halbuki, əksər hallarda  bir-birini qınayan hər iki tərəfin  görünməyən, gizlədilən mənfi cəhətləri ola bilir. O səbəbdən məişət zorakılığı ilə əlaqəli problemləri həll etmək üçün günahkar deyil, xilaskar tapmaq lazımdır. Cəmiyyətin  aktual probleminə çevrilən məişət  zorakılığı insanlığa  qarşı qəddarlıq olduğundan, zorakılıq halları ilə bağlı cinayətlərin sayında artım müşahidə edildiyindən, xüsusən də  zorakılıq səbəbindən ölüm halları  çoxaldığından  belə layihəyə sosial ehtiyac var. 

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor