» Peyvənd olunmayan müəllim dərsə buraxılmaya bilər - Təhsil Nazirliyi

---

Peyvənd olunmayan müəllim dərsə buraxılmaya bilər - Təhsil Nazirliyi

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib.
Təhsil naziri Emin Əmrullayevin də bildirdiyi kimi, koronavirusa qarşı 50 yaşdan yuxarı müəllimlər vaksinasiya olunacaq və bununla bağlı siyahı artıq hazırdır.
Maraqlıdır, müəllimlər könüllülük prinsipi əsasında həyata keçirilən vaksinasiyadan itmina edərsə, əyani şəkildə dərs keçməkdən məhrum olacaq, ya belə bir məhdudiyyət yoxdur?
 mövzu ilə bağlı Sfera.az-a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlamanın olacağını bildirib:
“Vaksinasiya ilə bağlı qərar yalnız Təhsil Nazirliyindən asılı deyil. Nazirlik bu məsələyə TƏBİB-lə birgə qərar verəcək. Vaksinasiya olunmayan müəllimlərin mərhələli şəkildə, ya digər formada dərs deməsi tibbi protokol hazırlandıqdan sonra bəlli olacaq.
Hələ ki, müəllimlərin vaksinasiyasına start verilməyib, yaxın vaxtlarda bu məsələyə aydınlıq gətiriləcək”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor