» » Şəhid Mayor İlkin Rzayevin anım günü qeyd edilib

ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Şəhid Mayor İlkin Rzayevin anım günü qeyd edilib


Bu gün 2-ci fəxri xiyabanda şəhid mayor İlkin Rzayevin 3-cü il dönümü ilə əlaqdər şəhidin ailəsi,Nizami rayonu icra hakimiyyətinin başcısı,ictimaiət nümayəndələri iştirak ediblər.





Mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alıb.

Ailəli idi, iki övladı yadigar qalır.







2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlib. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib.

2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olub. Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak edib və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. Murov dağ istiqamətində döyüş zamanı, hərbi hissənin döyüş hazırlığına rəhbərlik edib. Mayor Rzayev həmin döyüşlər əsnasında özünə tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, qəhrəmancasına döyüşüb. Silah yoldaşları arasında "Murovun Aslanı" kimi tanınan mayor İlkin Rzayev Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək, bizə qələbə sevincini yaşadıb. İrəli getməyə çalışan digər dəstənin mühasirəyə düşdüyünü görən kimi köməyə gedib və oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. 60 gün itkin kimi bilinən şəhidimiz 2 ay qar altında qalıb və nəhayət tapılaraq ailəsinə təhvil verilib. Əsgərləri onun haqqında ağızdolusu danışırdılar. Deyirdilər ki, Murovdağ istiqamətində mühasirəyə düşdük. Mayorla aramızda 2-3 km məsafə olardı. O, bizim mühasirədə olduğumuzu müşahidə məntəqəsindən görüb, silahını götürərək köməyə gəlib. Ora yetişəndə, zabit heyətindən sağ qalan olmadığını görüb. Mühasirədə olan 30-40 əsgəri xilas edib. Dediyi hər bir kəlmə bu günə qədər hərbi hissədə dillər əzbəridir. Təkbaşına düşmənlə mübarizə aparan mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən snayperçiləri onun olduğu mövqeyi atəşə tutub və mərmi boğazına tuş gəlib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İlkin Rzayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Rəmil Əliyev


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor