ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK
Dövlət Agentliyinin icraçı direktoru BMT strukturlarında görüşlərini davam etdirir


Agentliyin nümayəndə heyəti BMT-nin Qadınlar təşkilatı ilə görüşüblər.
Azərbaycanda qadınların ictimai həyatda fəallığından danışan Agentliyin icraçı direktoru Aygün Əliyeva Agentliyin bu çərçivədə elan etdiyi qrant müsabiqələri barədə məlumat verib. O bildirib ki, Agentlik mütəmadi olaraq qadın hüquqlarının qorunması ilə bağlı maarifləndirmə, müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi, erkən nigahların qarşısının alınması, gender bərabərliyinin qorunması, gender zəminində zorakılıq ilə mübarizə, qızların təhsildən yayınması halları ilə mübarizə istiqamətində təşəbbüslər və digər aidiyyatı mövzular üzrə maliyyə yardımı ayırır. Daha sonra, Aygün Əliyeva Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyinin qorunması istiqamətində BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərinə toxunub.
Öz növbəsində, Agentliyin nümayəndə heyətini salamlayan BMT-nin Cenevre ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo Agentliyin təşəbbüslərini dəstəkləndiyini və eyni zamanda, BMT təsisatlarının bu qeyd olunan istiqamətlər üzrə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının artırılmasını mühüm olduğunu qeyd edib.
#QhtAgentliyi #NgoAgency #BMT
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər